Icma.az
close
up
RU
Azərbaycan tolerantlığı Berlində böyük marağa səbəb olub

Azərbaycan tolerantlığı Berlində böyük marağa səbəb olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Belin, 26 iyun, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə iyunun 25-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: Azərbaycandan dinlərarası səslər dialoqda” adlı geniş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyanın Xarici İşlər Nazirliyinin və digər dövlət orqanların yüksək vəzifəli nümayəndələri, səfirlər, Almaniyanın müxtəlif dini icmalarının rəhbərləri, tanınmış jurnalistlər, elm və mədəniyyət xadimləri və icma fəalları iştirak ediblər.

Əvvəlcə Azərbaycanda tolerantlıq və muıtikulturalizm mühitindən bəhs edən qısa film nümayiş olunub.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin keçirilməsində əsas məqsədin dinlərarası dialoqun təşviqi, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlayış, tolerantlığın gücləndirilməsi olduğunu bildirib. Azərbaycanda etnik və dini rəngarəngliyin qorunmasına yönələn, uğurla həyata keçirilən dövlət siyasətinin multikulturalizm və tolerantlıq sahəsində əsrlər boyu formalaşmış tarixi ənənənin daha da möhkəmlənməsinə yol açdığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, dünyəvi və multikultural bir ölkə kimi Azərbaycan dinlərarası dialoqa böyük diqqətlə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dini azadlıqların qorunmasını və multikultural dəyərlərin təşviqini daxili siyasətin və beynəlxalq əlaqələrin əsas elementlərindən biri kimi qəbul edir. Dövlət yalnız dini azadlıqları təmin etməklə və dinlərarası dialoqu təşviq etməklə kifayətlənmir, eyni zamanda, müxtəlif konfessiyaların irsinin qorunmasına da qayğı göstərir.

ABŞ-dakı nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper müxtəlif dövrlərdə Azərbaycana səfərləri zamanı ölkəmizdə qədim və zəngin tolerantlıq mühitinin və multukultural ənənələrin şahidi olduğunu qeyd edib. Ölkəmizdə digər dini icmalar kimi yəhudi icmasına da yüksək diqqət və qayğı göstərildiyini vurğulayan A.Kuper Azərbaycanın dini tolerantlıq modelinin bütün dünyada geniş təbliğ olunmasının vacibliyini qeyd edib.

Çıxışlardan sonra Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsinin Avropa üzrə direktor müavini Ralf Qrünkenin moderatorluğu ilə panel müzakirə keçirilib. Müzakirədə Azərbaycan şiə icmasının imamı Rüfət Qarayev, sünni icmasının imamı Hafiz Abbasov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, Sefard yəhudilərinin dini icmasının baş ravvini Zamir İsayev, Avropa yəhudiləri dini icmasının baş ravvini Şneor Seqal və Alban-udi xristian dini icmasının sədri Robert Mobili ölkəmizin zəngin tolerantlıq ənənələrindən geniş danışıblar.

Tədbirdə Azərbaycan dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin ölkəmizin multikulturalizm ənənələrinin təbliğində fəal rolu da xüsusi qeyd olunub.

Azərbaycanın unikal tolerantlıq modeli böyük maraq və rəğbətə səbəb olub.

Müzakirələrdən sonra möhtəşəm konsert proqramı təqdim olunub. Müsəlman, xristian və yəhudi musiqiçilərdən ibarət “Əcəm” quartetinin konserti tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-25-də Almaniyaya səfəri çərçivəsində Bundestaqın Xarici siyasət Komitəsinin sədri Armin Laşet, Bundestaqın digər üzvləri və Almaniya Federal Hökumətinin dini azadlıq üzrə komissarı Tomas Raxel ilə görüşlər keçirib.

Nümayəndə heyəti, həmçinin Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi, Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman ilə görüşüb, Almaniyadakı Süryani Pravoslav Kilsəsini, Şəhitlik Məscidini və Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsini ziyarət edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri