Icma.az
close
up
RU
Azərbaycan turizm imkanlarını COP29da nümayiş etdirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Azərbaycan turizm imkanlarını COP29da nümayiş etdirir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişklikləri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın turizm üzrə dayanıqlılıq təcrübələri "Yaşıl Zona"da yerləşən destinasiya stendində təqdim olunur.

BAKU.WS bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 200 kvadrat metrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promo videolar nümayiş etdirilir.

Stenddə Azərbaycanın milli mətbəxi, çay dəstgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan "Slow food travel" konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.

Ziyarətçilərə, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri nümayiş etdirilir.

Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.

Təqdimat zonasında 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi mədəni irs nümunələr və Azərbaycan turizminin təbliğinə həsr olunmuş müxtəlif təqdimatlar təşkil olunacaq.

COP29 çərçivəsində 20 noyabr tarixində COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə olaraq daxil edilmiş "Turizm Sahəsində Təkmilləşdirilmiş İqlim Fəaliyyəti məqsədilə Qlobal Əməkdaşlıq" Təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində Dövlət Turizm Agentliyi Abşeron və Altıağac Milli Parklarında turistlərə xidmət keyfiyyətinin artırılması üçün istiqamətləndirici işarələr və məlumatlandırıcı lövhələr quraşdırıb, həmçinin parklarda turist xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yüngül infrastruktur yerləşdirib.

Həmçinin COP29 tədbiri çərçivəsində şəhərimizi səyahət edən ziyarətçilərə tədbirlər və ölkəmizin turizm imkanları haqqında məlumatın verilməsi məqsədilə Bakı şəhəri üzrə xüsusi ayrılmış nəqliyyat qovşaqları üzərində 5 ədəd mobil turizm informasiya mərkəzi quraşdırılıb.

Ümumilikdə sayları 8-ə çatan turizm informasiya mərkəzləri (Nizami küçəsində "Nərgiz" TM-nin arxası, Dənizkənarı Milli Parkda "Park Bulvar" TM-nin arxası, Albert Aqarunov küçəsi, "Koroğlu" metro stansiyası (Bakı Stadionu tərəfinə çıxış), Heydər Əliyev Sarayı, "Port Baku" TM-nin çıxışı, "Sea Breeze Resort" kompleksi, hava limanında Terminal 2) tədbir müddətində hər gün saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri