Icma.az
close
up
RU
Trampın təklifi Rusiyanın işğalçılıq siyasətini və onun iştahını daha da gücləndirə bilər

Trampın təklifi Rusiyanın işğalçılıq siyasətini və onun iştahını daha da gücləndirə bilər

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ötən gün Ukrayna, Rusiya və ABŞ nümayəndələri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə üçtərəfli danışıqlar apardılar. Danışıqlar bu gün də davam edəcək.

Bəs bu danışıqların mümkün nəticəsi olacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi ki, üçtərəfli görüşdə daha çox humanitar məsələlərlə bağlı müəyyən razılaşmalar əldə oluna bilər:

"Baxmayaraq ki, orada iki istiqamət üzrə müzakirələr aparılır. Xüsusilə hərbi aspektdə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar gedir. Dünən Amerika Birləşmiş Ştatları bəyan etdi ki, bu məsələni Ukrayna ilə ayrıca müzakirə etməyə hazırdır. Amma Ukrayna çox istəyir ki, təhlükəsizlik zəmanətlərinin verilməsində Avropa ölkələri də iştirak etsin.

Nəzərə alsaq ki, dünən Avropa ölkələri üçtərəfli görüşə buraxılmadı, bu da Avropanın prosesdən kənarda saxlanılması anlamına gəlir. Bu baxımdan Avropa da çalışacaq ki, hansısa formada öz iştirakını təmin etsin və Ukraynanın kapitulyasiyası baş verməsin.

Amma ümumən götürdükdə, Əbu-Dabi görüşləri nə qədər müsbət hadisə olsa da, düşünürəm ki, burada real nəticələrin əldə olunması mümkün deyil. Çünki tərəflərin mövqeləri, bir daha qeyd edirəm, ciddi şəkildə bir-birindən fərqlənir. Ukrayna Prezidenti də nümayəndə heyətinin qarşısında konkret vəzifələr qoyub. Özünün də bəyan etdiyi kimi, ərazi itkiləri heç bir halda müzakirə mövzusu ola bilməz. O bunu açıq şəkildə bildirdi. Baxmayaraq ki, Donald Tramp bu məsələdə Rusiyanı dəstəkləyir və Ukrayna ərazilərinin itirilməsi hesabına müharibəni dayandırmağa çalışır".

Onun sözlərinə görə, Tramp çox tələsir və yanvarın 3-dək bu məsələdə müəyyən irəliləyiş əldə etməyə çalışır:

"Ukrayna tərəfi də bunu başa düşür. Trampın tələsməsinin səbəbini nəzərə alaraq, onu çox da qıcıqlandırmadan prosesi mümkün qədər uzatmağa çalışacaqlar. Çünki söhbət ondan gedir ki, Trampın irəli sürdüyü təklif Rusiyanın işğalçılıq siyasətini və iştahını daha da gücləndirə bilər. Yəni Ukrayna ərazilərinin itirilməsi hesabına müharibənin dayandırılması Rusiyanın imperial ambisiyalarını daha da gücləndirəcək. Ukraynanın isə belə bir razılığa gedəcəyi qətiyyən mümkün görünmür".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Noyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri