Icma.az
close
up
RU
Azərbaycan Türkiyə tandemi daha geniş coğrafiyada Kaspi nin TƏHLİLİ

Azərbaycan Türkiyə tandemi daha geniş coğrafiyada Kaspi nin TƏHLİLİ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü ciddi şəkildə hiss edilir. Əlaqələrin daha da sıxlaşdırılması, strateji müttəfiqlik bağları bölgəmizdə proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.

Azərbaycan-Türkiyə qardaşlığı daha bir möhtəşəm tarixi ana şahidlik etdi. Martın 5-də Ankarada Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirildi. Bu mühüm tədbirdə Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Dövlət başçıları bir daha dünyaya iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu, bölgəmizdə və daha geniş coğrafiyada Azərbaycan-Türkiyə tandeminin artıq bir güc mərkəzi halına gəldiyinin siqnallarını verdilər.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Avrasiyanın enerji xəritəsini dəyişdirən layihələr

Prezident İlham Əliyev çıxışı zamanı iki ölkənin birgə reallaşdırdığı meqaenerji layihələrini xatırladaraq, bu addımların Avrasiyanın enerji xəritəsini dəyişdirdiyinə vurğu edib. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycandan Türkiyə ərazisi ilə gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir:

"Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatıb. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.

Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək".

İki ölkə arasında nəqliyyat əlaqələrinə toxunan Prezident bildirib ki, bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm daha geniş coğrafiya üçün çox gözəl üstünlüklər təmin edir:

"Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir".

Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə və Azərbaycanın sülhün, sabitliyin, rifahın tərəfində olduğunu deyib:

"Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik".

Azərbaycan-Türkiyə birliyinin təsir gücü

Həqiqətən də bu gün Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Şərqi Avropa kimi çox böyük bir coğrafiyada Azərbaycan-Türkiyə birliyinin təsir gücü, artan nüfuzu ciddi şəkildə hiss edilməkdədir. İki ölkə arasındakı əlaqələrin daha da sıxlaşdırılması, hər bir məsələdə ortaq mövqenin sərgilənməsi, strateji müttəfiqlik bağları bölgəmizdə cərəyan edən proseslərin axarını müəyyənləşdirən başlıca faktordur.

Bu məsələdə Türkiyənin hərbi və siyasi qüdrəti Azərbaycanın enerji resursları, tranzit imkanları ilə birləşərək vahid güc amilini formalaşdırır. Artıq bir çox beynəlxalq mərkəzlər bu güclə hesablaşmaq, onun maraqlarını nəzərə almaq və ən əsası, yerləşdikləri bölgədə istənilən addımı atarkən Bakı və Ankaranın razılığını almalı olduqlarını gözəl bilirlər.

Mühüm siyasi gediş

Naxçıvana Azərbaycan qazının qardaş Türkiyə üzərindən nəqlinin reallaşması isə tək sosial-iqtisadi deyil, həm də mühüm siyasi əhəmiyyətə malikdir. İki dövlət birlikdə qarşılarına çıxa biləcək əngəlləri, yaradılması mümkün süni maneələri məhz bu cür layihələrlə ortadan qaldırırlar. Söhbət təbii ki, tarixi qələbəmizdən sonra İrəvanın məsuliyyətsizliyi səbəbindən hələ də reallaşmayan Zəngəzur dəhlizindən gedir. Yeni qaz xəttinin çəkilişi həm də İrəvana Bakının yeni xəbərdarlığıdır. Öncə İran üzərindən Naxçıvana alternativ yolun inşasına başlanılması, indi isə Türkiyə üzərindən qaz xəttinin çəkilişi Ermənistanın düşdüyü dalandan çıxmaq şanslarını getdikcə sıfıra yaxınlaşdırır. Türkiyə-Azərbaycan birliyinin bölgədə sülh çağırışlarının nəzərə alınmaması Ermənistana çox baha başa gəlir.

Öncə vurğuladığımız kimi, bölgəmizlə bağlı proseslərin axarını məhz bu iki dövlət istiqamətləndirir. Eynilə Naxçıvana yeni qaz xəttinin çəkilişinin reallaşması kimi.

İkili münasibətləri fərqləndirən başlıca cəhət

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini bu dərəcədə güclü edən başlıca amil səmimiyyət və heç bir məqsəd güdmədən qarşılıqlı əməkdaşlıqdır.

Bakı ilə Ankaranın uzun illər hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin əsas problemi olan Qarabağ münaqişəsinə birdəfəlik son qoydu. İlk dəqiqələrdən etibarən Türkiyənin ali rəhbərliyinin haqq işimizə göstərdiyi siyasi və mənəvi dəstək işğal faktının ən qısa müddətdə aradan qalxmasında mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında da Türkiyə amili xüsusi qeyd edilməlidir. Azərbaycan isə istər qardaş ölkənin üzləşdiyi meşə yanğınları, istərsə də minlərlə can alan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin yardımına yetişən ilk ölkə oldu. Kahramanmaraş vilayətində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin maliyyə imkanları hesabına inşa edilən "Azərbaycan" məhəlləsində artıq son tamamlama işləri gedir. Burada zəlzələ nəticəsində hər şeylərini itirmiş minlərlə sakin məskunlaşacaq.

Türk dünyasına böyük töhfə

İndi iki qardaş ölkə qarşısında dayanan başlıca vəzifələrdən biri bu səmimi münasibətlərin bütün türk dünyasını əhatə etməsidir. Bakı və Ankara türk dövlətlərinin ortaq maraqlar, ortaq tarix və qardaşlıq bağları ilə münasibətlərinin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir. Azərbaycan hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, əbədiləşdirmək səylərini əsirgəmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Mart 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri