Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik üçbucağının hissələrini təşkil edirlər RƏY
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.
Bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.
Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir.
Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
Politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Gürcüstan Prezidenti yeni seçildiyi üçün region ölkələrini tanıması, səfər etməsi normaldır:

"Cənubi Qafqaz kiçik bölgədir. Həmçinin burada əsas strateji ticarət partnyoru Azərbaycandır. Eyni zamanda Ermənistanla müəyyən qonşuluq münasibətləri var. Mixail Kavelaşvilinin Azərbaycan və Ermənistan səfərində gündəmdə olan məsələlər müzakirə olunacaq. Bundan başqa mümkündür ki, hazırkı regional geosiyasi proseslər danışılsın. Çünki bölgədə kifayət qədər gərginliklər var. Cənubi Qafqazda ABŞ, Rusiya, xüsusilə Qərbin toqquşmasının şahidi oluruq. Bir tərəfdən Vaşinqtonun Avropa İttifaqı(Aİ) ilə qarşı-qarşıya gəlir. Digər tərəfdən isə Fransa Ermənistan üzərindən Qafqaza müdaxilə etmək istəyir. Məhz ABŞ-Rusiya qarşıdurmasında region ölkələrini də ciddi sınaq meydanına çevirirlər".
Politoloq qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan təhlükəsizlik üçbucağının hissələrini təşkil edirlər:
"Azərbaycanda olan iqtisadi layihələr Gürcüstandan keçərək Türkiyəyə gedir. Həmçinin Suriyada baş verən son proseslər də əsas müzakirə obyektlərindəndir. Ümumiyyətlə iki ölkə arasında iqtisadi, siyasi-iqtisadi əlaqələr, Gürcüstanda yaşayan azərbaycanlıların icması ilə bağlı mövzular önəmli faktorlardan hesab olunur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 Aprel 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















