Icma.az
close
up
RU
Politoloq: Bölgədə ən effektiv təhlükəsizlik çətiri Azərbaycan Türkiyə Gürcüstan birliyidir

Politoloq: Bölgədə ən effektiv təhlükəsizlik çətiri Azərbaycan Türkiyə Gürcüstan birliyidir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Ankarada türkiyəli həmkarı Fuat Oktay ilə görüşüb. Tərəflər təhlükəsizlik məsələləri və regionda davam edən proseslər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Görüşdə Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli prosesində Gürcüstan və Türkiyənin mühüm rolu vurğulanıb. Komitə sədrləri Gürcüstan və Türkiyədə mövcud daxili siyasi vəziyyəti və iki ölkə arasındakı hazırkı əlaqələri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərinin də müzakirəsini aparıblar.

Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin Xarici əlaqələr komitələri arasında gələcək əməkdaşlıq da nəzərdən keçirilib. Bildirilib ki, bu il komitələrin üçtərəfli görüşü artıq planlaşdırılıb. N.Samxaradze F.Oktayı 2026-cı ildə Tbilisiyə rəsmi səfərə dəvət edib.


Politoloq Turab Rzayev Sherg.az-a vurğulayıb ki, bu görüş xüsusi əhəmiyyət daşıyır:


“Bölgədə yaranan geosiyasi qırılmalar, xüsusilə İran-İsrail, Ukrayna və digər müharibələr göstərir ki, regiondakı dövlətlərin güclü bir müttəfiqə və bir-biri ilə daha çox sinerjiyə ehtiyacı var. Bu kontekstdə, məsələn, Gürcüstanın Türkiyənin dəstəyinə, həmçinin Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli münasibətlərinin inkişafına xüsusi önəm verdiyi görünür. Çünki hər an İranda baş verən münaqişənin bölgəyə yayılma, yaxud Ukrayna münaqişəsinin yeni mərhələyə keçməsi ehtimalı var. Belə ehtimallar fonunda xüsusilə Azərbaycan və Türkiyə təhlükəsizlik arxitekturasını qoruya biləcək əsas aktorlar kimi çıxış edə bilərlər. Baxmayaraq ki, bəzi Avropa ölkələri, xüsusilə Fransa, bu məsələyə soyuq yanaşır. Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstan rəhbərliyi ilə görüşündə açıq şəkildə bildirdi ki, Gürcüstan, Azərbaycan və Türkiyənin yaratdığı təhlükəsizlik arxitekturasına inanır.

Ancaq bu inamın özü kifayət etmir və arxitektura real təhlükəsizlik çətiri formasında təşkil olunmalıdır”.


Ekspert söyləyib ki, İranda baş verən hadisələr və Ermənistanın başına gələnlər bölgədə ən effektiv təhlükəsizlik çətirinin Azərbaycan-Türkiyə-Gürcüstan birliyi olduğunu ortaya qoyur:

“Digər tərəfdən isə Türkiyə Gürcüstanın ən böyük iqtisadi tərəfdaşıdır. Eyni zamanda Azərbaycan da Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından və investorlarından biridir. Bu baxımdan iqtisadi məsələlərdə də bu üçtərəfli əməkdaşlığın əhəmiyyəti böyükdür. Həmçinin Şərq-Qərb dəhlizinin buradakı rolu da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın bütün enerji layihələri və strateji infrastrukturu Gürcüstan üzərindən Türkiyəyə ötürülür.

Bu görüşdə də bu məsələlərin müzakirə edildiyini ehtimal etmək olar. Xüsusilə diqqətçəkən məqam odur ki, Gürcüstan rəhbərliyi Azərbaycanla müsbət əlaqələri vurğulamaqla yanaşı, Türkiyənin bu əməkdaşlıqdakı roluna da xüsusi önəm verir. Bu isə Türkiyənin Azərbaycanın Qarabağdakı haqq işinə verdiyi dəstəyi dolayı yolla bir daha təsdiqləməsi kimi dəyərləndirilə bilər.  Düşünürəm ki, Azərbaycan-Türkiyə-Gürcüstan görüşləri strateji baxımdan inkişaf etdirilməlidir. Ümumiyyətlə,Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Türkiyə-İran kimi üçtərəfli görüşlər olduqca effektiv nəticələr verir. Bu formatlardan ən effektivlərindən biri də məhz Gürcüstanla olan üçtərəfli əməkdaşlıqdır. Bu kritik dönəmdə Gürcüstanın Türkiyəyə yaxınlaşması və Azərbaycanla əlaqələri ön plana çəkməsi, onun ən yaxın müttəfiq kimi məhz bu iki ölkəyə güvəndiyini göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyun 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see142

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see129

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see128

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see126

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see119

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri