“Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək“ Ceyhun Bayramov
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Biz Türkiyə və Braziliyadan olan tərəfdaşlarımızla çox sıx şəkildə fəaliyyət göstəririk".
Moderator.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimində deyib.
Nazir bildirib ki, Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək: “Azərbaycanın Türkiyəyə növbəti COP-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda göstərdiyi sarsımaz qardaş dəstəyini bir daha təsdiqləmək istəyirəm. COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin nümunəsidir. Bu əməkdaşlıq ardıcıllığın, iddialı iqlim maliyyəsi mexanizmlərinin və qlobal fəaliyyətin davamlılığının təmin edilməsinə xidmət edir”.
XİN rəhbəri qeyd edib ki, çoxtərəflilik planetimizin üzləşdiyi bu çağırışın öhdəsindən gəlmək üçün ən güclü alətimiz olaraq qalır və Bakı İqlim Həftəsi praktiki icraya həsr olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















