Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Azərbaycan Türkiyəyə və buradan Avropaya “yaşıl enerji” və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafını müzakirə edib. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlərə dair müzakirələr aparılıb.
Həmçinin, İğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu”nun keçirilməsi ilə bağlı cari vəziyyəti dəyərləndirilib.
Baxış sayı:71
Bu xəbər 22 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















