Icma.az
close
up
RU
“Azərbaycan türklüyünə hücum var” “Məgər Bakıdakılar bunu anlamırlar?”

“Azərbaycan türklüyünə hücum var” “Məgər Bakıdakılar bunu anlamırlar?”

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin müxalif Zəfər Partiyasının sədri, professor Ümit Özdağ “Tivi6” telekanalının canlı yayımında son günlər Azərbaycanda vahid məktəbli forması ətrafında yaşanan müzakirələrə və Türkiyədən göstərilən reaksiyalara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, partiya lideri Türkiyədəki bəzi hakimiyyət yönümlü kəsimlərin Azərbaycana qarşı işlətdiyi ağır ifadələri kəskin tənqid edib. 

Ü. Özdağ bildirib ki, məsələ bəzilərinin təqdim etdiyi kimi ümumi hicab qadağası deyil:

“Bu, universitetlərlə bağlı bir qadağa deyil. İbtidai, orta məktəb və liseylərlə bağlı tənzimləmədir. Səbəb nədir? Buradakılar bilmirlər. Azərbaycanda üç cür İslam siyasəti – İslamın özü yox, İslam siyasəti – Azərbaycan türklüyünə yönəlmiş hücum içərisindədir. Bunlar Çeçenistan üzərindən gələn rus yönümlü siyasət, İran mənbəli təsir və hücumlar, eləcə də Vəhhabi, Sələfi və Səudiyyə qaynaqlı təhdidlərdir.

Azərbaycan dövləti də buna adekvat cavab verir. Bu mövzuda Türkiyəyə müraciət olunarsa, Türkiyə öz rəsmi rəyini bildirər. Lakin Prezidentin məsləhətçisinin, hakimiyyət trollarının çıxıb ağır ifadələr işlətməsi qəbuledilməzdir”. 

Türkiyədəki ikili standartlara diqqət çəkən partiya sədri vurğulayıb ki, müxalif fikir bildirənlərə dərhal reaksiya verildiyi halda, Azərbaycana qarşı təhqiramiz ifadə işlədənlərə göz yumulur:

“Türkiyədə müxalif bir şəxs sosial şəbəkədə paylaşım edəndə dərhal evindən aparılır, amma digər tərəfdən iqtidar trolu Azərbaycan dövlətinə, türklüyünə, rəhbərliyinə təhqir yağdıranda rahatlıqla həyatına davam edir. Məgər Bakıdakılar bunu anlamırlar?”

Özdağ iki qardaş ölkə arasındakı gərginliyin üçüncü tərəflərin maraqlarına xidmət etdiyini diqqətə çatdırıb:

“Azərbaycanda milyonlarla Türkiyə dostu var. Amma düşmənlər də var və onlar bu gərginlikdən böyük məmnunluq duyurlar. Ermənistan, Rusiya, İran və İsrail bu durumdan şaddır. Bu sevinci onlara yaşatmamaq lazımdır”.

Çıxışının sonunda Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək Zirvə Görüşünə toxunan Ümit Özdağ Prezident Rəcəb Tayyip Ərdoğanın İlham Əliyevə etdiyi zəngi yüksək qiymətləndirib:

“Qarşıda Türk Dünyası Dövlətləri Sammiti var. Bu zirvəyə İlham Əliyevin gəlməsi problemin aşılması baxımından böyük əhəmiyyət daşıyır. Bu mənada, Rəcəb Tayyib Ərdoğanın şəxsən İlham Əliyevə zəng etməsini çox dəyərli və doğru addım hesab edirəm. Ərdoğan bu gərginliyi aradan qaldıracaq addımı göstərməlidir və görünür ki, bu telefon danışığı məhz həmin məqsədə xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri