Azərbaycan Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025 ci ildə daha da möhkəmlənib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycanla Türkmənistan arasındakı dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə əhəmiyyətli inkişaf yolu keçərək daha da möhkəmlənib, qarşılıqlı etimad və dostluq prinsipləri üzərində genişlənib. 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə”nin ruhuna uyğun olaraq, iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin reallaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov deyib. O bildirib ki, 2025-ci ildə keçirilmiş ali, yüksəksəviyyəli qarşılıqlı səfərlər, görüşlər və tədbirlər əməkdaşlığın bütün sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, tranzit, mədəni-humanitar və sosial sahələrdə daha da genişlənməsi üçün güclü zəmin yaradıb. Bu ilin iyulunda Türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Bakı və Qarabağa səfər edib, strateji əməkdaşlığın gücləndirilməsi və qardaş xalqlarımızın arasında dostluğun dərinləşdirilməsi baxımından əlamətdar tədbirlər həyata keçirilib.
Diplomat vurğulayıb ki, səfər çərçivəsində iqtisadiyyat, energetika, mədəni-humanitar və sosial sahələrdə bir sıra təşəbbüslər müzakirə edilib, əməkdaşlıq üçün yeni perspektivlər müəyyənləşdirilib: “Avqust ayında Prezident İlham Əliyev Türkmənistanın Avaz şəhərinə səfəri zamanı Azərbaycan, Türkmənistan və Özbəkistanın iştirakı ilə keçirilən üçtərəfli yüksəksəviyyəli görüşdə iştirak edərək regionda əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkan yaratdı və qarşılıqlı faydalı əməkdaşlıq haqqında bir sıra nəqliyyat və tranzit sahəsində əhəmiyyətli sənədlərin imzalanmasına nail oldu”.
Q.Gözəlov bildirib ki, oktyabr ayında Türk Dövlətlər Təşkilatının 12-ci Zirvə Görüşü çərçivəsində Qəbələdə keçirilən tədbirlər iki ölkə liderlərinin qarşılıqlı əlaqələrini daha da gücləndirdi. Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında keçirilmiş görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, gələcək əməkdaşlıq istiqamətləri və regional təşəbbüslər ətraflı müzakirə edildi.
“Qəbələdə keçirilən Zirvə çərçivəsində Türkmənistanın Arkadağ şəhəri ilə qardaşlaşan Azərbaycanın Füzuli şəhərində Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə inşa olunacaq məscidin təməlqoyma mərasimlərinin onlayn formatda keçirilməsi mədəni-humanitar əməkdaşlığın strateji əhəmiyyətini daha da artırdı. 2025-ci ilin noyabr ayında Daşkənddə keçirilən Zirvədə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Formatına tamhüquqlu üzv kimi qəbul olunması regiondakı əməkdaşlıq arxitekturasına yeni element əlavə etdi. Türkmən xalqının Milli Lideri Q.Berdiməhəmmədovun 2026-cı ildə Türkmənistanda keçiriləcək növbəti Zirvəyə Azərbaycanın dövlət başçısını dəvət etməsi Türkmənistanın ölkənizə açıq dəstəyini nümayiş etdirir”, - deyə səfir vurğulayıb. O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Zirvə Toplantısında Prezident İlham Əliyevi təbrik etdiyini də xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 23 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















