Azərbaycan U 20 dünya çempionatında beşinci yeri tutdu
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisi Slovakiyanın Bratislava şəhərində keçirilən dünya çempionatında komanda hesabında beşinci yeri tutub.
İdman.Biz xəbər verir ki, yığmamız 90 xal toplayaraq bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.
Komanda hesabında Rusiya 142 xalla birinci olub. İran 109 xalla ikinci, Özbəkistan isə 95 xalla üçüncü yeri tutub.
Azərbaycanın yeganə qızıl medalını 60 kq çəki dərəcəsində Ayxan Cavadov qazanıb. Cavidan Nehmətov 77 kq-da gümüş medala sahib çıxıb.
Emin Cavadlı 55 kq, Tural Əhmədov 63 kq, Elmin Əliyev isə 82 kq çəki dərəcəsində bürünc medal əldə edib.
Beləliklə, Azərbaycan yunan-Roma güləşi üzrə U-20 dünya çempionatını 5 medalla və komanda hesabında ilk “5-lik”də başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 20 Avqust 2026 02:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















