Icma.az
close
up
RU
Azərbaycan üçün yeni çağırış: Dünya Oyunlarında karate və kikboksinqdən gimnastikaya kimi

Azərbaycan üçün yeni çağırış: Dünya Oyunlarında karate və kikboksinqdən gimnastikaya kimi

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin əsas multi-idman tədbirlərindən biri avqustun 7-17-də Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunları olacaq.

İdman.biz xəbər verir ki, 35 idman növünü əhatə edəcək tədbirdə 100-dən çox ölkədən 4000-dən çox idmançı iştirak edəcək.

Dünya Oyunları iki ildən bir keçirilir və sonuncu dəfə ABŞ-ın Birmingem şəhərində təşkil edilib.

Azərbaycan yığması da qarşıdakı Çin səfərinə hazırlaşır. Hazırda komandanın üç idman növündə - karate, kikboksinq və gimnastikada təmsil olunacağı artıq məlumdur.

Gimnastikada idmançılarımız üç növdə mübarizə aparacaqlar. Mixail Malkin Birmingemdə (Böyük Britaniya) keçirilən dünya çempionatında qazandığı qələbə sayəsində tamblinq yarışında çıxış edəcək.

Akrobatlar Çenqduya üç vəsiqə qazanıblar. Gimaraeşdə keçirilən mundialda ikiqat dünya çempionu olmuş Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin iki çempionluq qazanan kişilərdən ibarət Murad Rəfiyev və Daniel Abbasov dueti yarışda çıxış etmək hüququ əldə ediblər. Dünya çempionatında bürünc medal qazanan Riad Səfərov, Rəsul Seyidli, Abdulla Əl-Meşaihi və Seymur Cəfərovdan ibarət kişilər qrupu da Dünya Oyunlarında mübarizə aparacaq.

Pesaroda (İtaliya) keçirilən dünya çempionatında gümüş medal qazanmış Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq aerobika cütü də Çenqduya yollanacaq.

Karate üzrə üçqat dünya çempionu İrina Zaretskaya (68 kq) da Dünya Oyunlarına vəsiqə qazanıb.

Kikboksinqdə bütün diqqətlər Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında qalib olaraq vəsiqə əldə edən Amin Quliyevə (63,5 kq) yönələcək.

Maraqlıdır ki, hazırkı heyətdə Dünya Oyunlarında fəxri kürsüyə yüksəlmiş idmançılar da var. İki il əvvəl Birmingemdə aerobika komandasının tərkibində Mustafayeva və Dolmatov rəqs kateqoriyasında bürünc medal qazanıblar.

Bu arada, qarşıdan gələn multiforumun şüarı “Sərhədsiz idman, saysız möcüzələr”dir. O, idman növlərinin genişliyini və Çengdunun təklif etdiyi saysız-hesabsız təəssüratları özündə cəmləşdirir. Təşkilatçılara görə, bu, həm də görkəmli idman nailiyyətlərini və tarixdən unikal faktları nümayiş etdirmək istəyini əks etdirir.

Dünya Oyunlarının maskotları panda Şubao və meymun Cinzai olacaq. Dizayn qrupu Çenqdunun ekoloji cəhətdən təmiz, isti və mehriban bir şəhər kimi imicini göstərmək üçün bu iki nadir heyvanın təsvirlərindən mədəni daşıyıcı kimi istifadə edib. Eyni zamanda, bu maskotlar hər kəsi heyvanlara qayğı göstərməyə, biomüxtəlifliyin qorunmasına diqqət yetirməyə sövq edir ki, bu da Oyunların ətraf mühitin mühafizəsi və davamlı inkişafı konsepsiyasına uyğundur.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri