Icma.az
close
up
RU
Azərbaycan Ümumdünya Poçt İttifaqının idarəçiliyində birbaşa iştirak hüququ qazanıb

Azərbaycan Ümumdünya Poçt İttifaqının idarəçiliyində birbaşa iştirak hüququ qazanıb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir.

Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir.

Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən “ÜPİ Konvensiyası” və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq.

Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması və icrasına nəzarətdə iştirak edəcək.

Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərən nüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digər beynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfə verəcək.

Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəli sürmək imkanına malik olacaq.

Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək.

Beləliklə, bu üzvlük sadəcə nüfuzlu bir status deyil, Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası bundan əvvəl də ÜPİ-nin ali orqanlarında təmsil olunub. İlk dəfə 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresdə Administrativ Şuraya, daha sonra 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresdə isə təşkilatın hər iki ali orqanına – Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçilib. 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresdə isə Azərbaycan yenidən Poçt Əməliyyatları Şurasına üzv olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see216

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see204

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see204

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see180

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see179

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see171

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see157

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see148

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see145

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see145

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see132

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri