Icma.az
close
up
RU
Quraqlıq və su çatışmazlığı riski hansı bölgələrdə daha ciddidir? EKOLOQ DANIŞDI

Quraqlıq və su çatışmazlığı riski hansı bölgələrdə daha ciddidir? EKOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Quraqlıq və su çatışmamazlığı XXI əsrin ən ciddi ekoloji və sosial-iqtisadi problemlərindən biri hesab olunur.İqlim dəyişikliyi, əhali artımı, urbanizasiya və təbbi ehtiyatların səmərəsiz idarə olunması bu riski daha da dərinləşdirir".

Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, son illərdə dünyanın müxtəlif regionlarında müşahidə edilən uzunmüddətli quraqlıqlar artıq təkcə ekoljoi deyil, həm də ərzaq təhlükəsizliyi, sosial sabitlik və milli təhlükəsizlik məsələsinə çevrilib: "Yaxın Şərq və Şimali Afrika dünyada adambaşına düşən su ehtiyatlarının ən aşağı olduğu ərazilər sırasındadır. Yağıntının azlığı,yüksək buxarlanma və sürətlə artan əhali su resuslarını kritik həddə çatdırır.Yeraltı suların bərpası mümküm olmayan templərlə istismarı vəziyyəti daha da ağırlaşdırır.

Amurdərya və Sırdərya çaylarından asılı olan ölkələr(Mərkəzi Asiya ) üçün quraqlıq strateji riskdir. Aral dənizinin quruması bölgədə suyun yanlış idarə edilməsinin ağır nəticələrinin bariz nümunəsidir. İqlim dəyişiklikləri Aralıq dənizi hövzəsində yağıntıların azalmasına, istilik dalğalarının artmasına səbəb olur. Bu isə kənd təsərrüfatı və turizm sektorunda ciddi itkilər yaradır.

Cənubi Asiya və Afrika regionlarında quraqlıq birbaşa humanitar böhranlara, miqrasiya dalğalarına və sosial gərginliyə yol açır.Bu isə kənd təsərrüfatının əsasən yağışdan asılı olması riskini daha da artırır.

Qeyd edək ki, məlumatlara görə, dünyanın 17 ölkəsi həddindən artıq su qıtlığı yaşayır. Bunlar sırasıyla: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Çili, San Marino və Belçika kimi ölkələr də su ehtiyatlarının idarə edilməsində və istifadəsində çətinliklərlə üzləşirlər.

Azərbaycanda da quraqlıq riskinə həssas ölkələr sırasındadır. Bunun əsas səbəblərindən biri ölkənin su ehtiyatlarının təxminən 70%-nin transsərhəd çayları hesabına formalaşmasıdır.İqlim dəyişikliyi və qonşu ölkələrdə suyun intensiv istifadəsi ölkə daxilində su balansına birbaşa təsir göstərir.

Azərbaycanda su çatışmamazlığı problemi artıq lokal deyil,strateji xarakter daşıyır. Xüsusilə Aran bölgəsi, Naxçıvan və Abşeron yarmadası bu baxımdan daha həssas zonalar hesab olunur. Vaxtında və məqsədyönlü tədbirlər görülməsə, su qıtlığı sosial-iqtisadi inkişaf üçün ciddi maneyə çevrilə bilər. Davamlı və elmi əsaslara söykənən su siyasəti isə bu risklərin azaldılmasının əsas yoludur.

Su qıtlığı kənd təsərrüfatı məhsuldarlığının azalmasına, əhalinin gəlirlərinin düşməsinə və reqionlar üzrə sosial-iqtisadi bərabərsizliyin artmasına səbəb olur. Bu vəziyyət daxili miqrasiyanı sürətləndirir, ekosistemlərin deqradasiyası isə biomüxtəlifliyə ciddi zərər vurur.

Quraqlıq və su çatışmamazlığı problemi artıq gələcək risk deyil , bu günün reallığıdır.Azərbaycan üçün bu məsələ yalnız ekoloji deyil, həm də strateji inkişaf və təhlekəsizlik məsələsidir.Vaxtında görülən tədbirlər və davamlı su siyasəti ölkənin iqlim risklərinə davamlılığını artırmaqla yanaşı, sosial-iqtisadi sabitliyi də qoruyacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri