Azərbaycan Universiteti 12 ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Universiteti Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur. Stenddə Azərbaycan Universitetinin elmi jurnalları, professor - müəllim heyətinin nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri və tədqiqat əsərləri, həmçinin universitetin elmi kitabxanasında qorunan müxtəlif kitablar nümayiş etdirilir. Universitetin nümayəndələri stendin ziyarətçilərini nəşrlərlə tanış edir, kitablar, digər elmi materiallar, o cümlədən universitetin fəaliyyəti barədə ətraflı məlumat verirlər.
Sərgi çərçivəsində oktyabrın 24-də “Məhəmməd Füzuli” təqdimat zonasında Azərbaycan Universitetinin təşkilatçılığı ilə Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyevin “Geopoetika” kitabının təqdimatı keçiriləcək. Təqdimat saat 10:00-da başlayacaq.
Azərbaycan Universiteti sərgi ziyarətçilərini universitetin stendi və nümayiş olunan nəşrlərə nəzər salmağa və “Geopoetika” kitabının təqdimatında iştirak etməyə dəvət edir.
Qeyd edək ki, dünən işə başlayan sərgi 27 oktyabr tarixinədək davam edəcək. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi çərçivəsində yerli və xarici yazıçılarla görüşlər, kitab təqdimatları, ədəbiyyatın təbliğinə həsr olunmuş yerli və beynəlxalq konfranslar təşkil ediləcək. Sərgidə 148 yerli iştirakçı öz stendi ilə təmsil olunur, 32 ölkədən 59 nəşriyyat və təşkilat sərgiyə qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 22 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















