Icma.az
close
up
RU
Azərbaycan Universiteti “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlayır

Azərbaycan Universiteti “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlayır

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Azərbaycan Universitetində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində universitetdə keçiriləcək tədbirlər müzakirə olunub.

Tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq Sərəncamın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi Azərbaycanın bütün ərazilərində tam bərqərar olub. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü qeyd edəcəyik.

Rektor çıxışında bildirib ki, il ərzində Azərbaycan Universiteti də həyata keçirəcəyi tədbirlərlə “Konstitusiya və Suverenlik İli”nə öz töhfələrini verəcək: “Universitetimizdə həyata keçiriləcək müxtəlifyönümlü tədbirlərin həm xalqımızın birliyinin möhkəmlənməsində, həm də şahidi və iştirakçısı olduğumuz böyük tarixi bir proses haqqında tədqiqatların aparılması və təbliğində böyük rol oynayacağına inanıram”.

Ardınca elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov və rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyevanın tədbirlər planına dair məruzələri dinlənilib.

Daha sonra rektor struktur bölmə rəhbərlərinin mövzu ilə bağlı təkliflərini dinləyib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri