Icma.az
close
up
RU
Azərbaycan Universitetində “Diplomatik masa” simulyasiya çempionatı keçirilib

Azərbaycan Universitetində “Diplomatik masa” simulyasiya çempionatı keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc diplomatlar” klubunun “Diplomatik masa” simulyasiya çempionatı başa çatıb.

Universitetdən AZƏRTAC-a bldirilib ki, tələbələrin analitik düşüncə, arqumentasiya, siyasi təhlil və ictimai çıxış bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edən çempionatda iştirak edən tələbələr layihə çərçivəsində keçirilən debatlarda Rusiya - Ukrayna, Fransa - Azərbaycan, İsrail - Fələstin, ABŞ - İran, Pakistan - Hindistan, Türkiyə - Yunanıstan, ABŞ - Çin münasibətlərini müzakirə ediblər. İştirakçılar müxtəlif mövzularla bağlı debat və diskussiyalarda dünya dövlətlərinin mövqelərini müdafiə etməyə, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışıblar.

Çempionatın yekunlaşması ilə əlaqədar olaraq keçirilən hesabat tədbirində universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, kafedranın müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Elvin Talışınski, kafedranın müəllimləri, universitetin professor-müəllim və inzibati heyəti, çempionatda iştirak edən tələbələr və valideynlər, layihənin ekspertləri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hesabat tədbirində çempionatın gedişinə nəzər salınıb, qaliblər mükafatlandırılıb. Layihə ekspertlərinin rəyinə əsasən 6 tələbə “Ulduz diplomat” seçilib.

Tədbirdə layihənin müəllifləri - Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, simulyasiyanın moderatoru və eksperti Rafiq İbrahimov çıxış edərək layihənin ideyasının ortaya çıxması, məqsədlərinin müəyyənləşdirilməsi haqqında məlumat veriblər. Elvin Talışınski layihənin tədris prosesindəki rolundan danışıb. Rafiq İbrahimov isə çempionatın tələbələrin yumşaq bacarıqlarının da inkişafında rol oynadığını diqqətə çatdırıb.

Universitetin rektoru Səadət Əliyeva çıxışında çempionatda iştirak edən 48 tələbənin hər biri ilə qürur duyduğunu bildirib, onların Azərbaycanı gələcəkdə ölkə hüdudlarından kənarda uğurla təmsil edəcəklərinə əminliyini ifadə edib. Rektor qeyd edib ki, layihədə iştirak edən tələbələr əzmkarlıqlarının bəhrəsini irəlidə həm öz şəxsi həyatlarında, həm də iş mühitində mütləq alacaqlar. “Diplomatik masa” çempionatının tələbələrə böyük dəyər qatdığını da bildirən rektor Səadət Əliyeva qalib komandanı elan edib. Ekspertlərin rəyi əsasında ABŞ-ı təmsil edən komanda 1-ci yeri tutub, Çini təmsil edən komanda isə çempionatı ikinciliklə başa vurub. Qalib komandanın üzvlərini medal və sertifikatla təltif edən rektor onlarla xatirə şəkli çəkdirib və çempionatı bağlı elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri