Azərbaycan Universitetinin prorektorunun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, riyaziyyat elmləri doktoru Yusif Qasımovun “Kəsr tərtibli diferensial tənliklər üçün müasir hesablama üsulları” (Modern Computational Methods for Fractional Differential Equations) adlı monoqafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub. Kitabın həmmüəllifləri tanınmış riyaziyyatçılar Hossein Jafari və Haleh Tajadodidir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, kəsr tərtibli diferensial tənliklərin tədqiqi və onun tətbiqi uzun tarixə malikdir. Lakin son zamanlar aparılan tədqiqatlar belə tənliklərin bir çox real prosesləri daha dəqiq modelləşdirdiyini üzə çıxarıb. Bundan sonra kəsr tərtibli tənliklərin öyrənilməsinə maraq ciddi şəkildə artıb və yeni həll üsulları yaradılıb.
Müəlliflərin son illərdə apardıqları tədqiqatların və aldıqları nəticələrin əsasında yazılmış monoqrafiya yeddi fəsildən ibarətdir. Burada kəsr tərtibli diferensial tənliklərin, kəsr tərtibli inteqral tənliklərin və kəsr tərtibli xüsusi törəməli diferensial tənliklərin dəqiq və təqribi həllərinin tapılması üçün Adomian dekompozisiya metodu, homototik həyacanlanma metodu, homotopik analiz metodu, diferensial çevrilmə metodu və variasiya iterasiyası metodu kimi analitik/təqribi metodlar verilib. Kitabda, həmçinin müxtəlif növ kəsr tərtibli diferensial tənliklərin ədədi həlli üçün Adams-Bashforth-Moulton metodu, əməliyyat matrisləri və dalğa metodu kimi bir neçə ədədi üsul da təqdim olunur.
Monoqrafiyanın hər fəslinin sonunda təklif edilən üsulların konkret misallara tətbiqləri, alınan nəticələrin qrafikləri də verilib ki, bu da onun müxtəlif tətbiq sahələrində istifadəsini asanlaşdırır.
Bu kitab kəsr tərtibli tənliklər sahəsində tədqiqatlar aparan alimlər və tələbələr üçün faydalı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















