Icma.az
close
up
RU
Azərbaycan Universitetinin rektoru tələbələrlə görüşüb

Azərbaycan Universitetinin rektoru tələbələrlə görüşüb

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Biznes və iqtisadiyyat fakültəsinin bir qrup tələbəsi ilə görüşüb. 

Bu barədə “Qafqazinfo”ya universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Bildirilib ki, tələbələr Fidan Əlizadə, Rauf Əliyev və Nilufər Allahyarlı öz təşəbbüsləri ilə hazırladıqları universitetin tələbə həyatından bəhs edən videoçarxı rektora təqdim ediblər. Rektor tələbələrin fəallığını alqışladığını bildirib və onlarla birlikdə videoçarxı izləyib.

Videoçarxda universitetin tələbə həyatının müxtəlif məqamları əks olunub. Tələbələr kitabxanada, auditoriyalarda, kompüter laboratoriyalarında, akt və konfrans zallarında, yeməkxanada çəkiliş aparıblar. Videoçarxda elmi kitabxananın fəaliyyətinə və Beynəlxalq əlaqələr şöbəsinin tələbələr üçün yaratdığı imkanlara xüsusi yer ayrılıb, tələbələrin universitet həyatı haqqında fikirləri də öz əksini tapıb.

Görüş rektorun tələbələrin ideya və təkliflərini, həmçinin gələcəyə dair planlarını dinləməsi ilə davam edib. Rektor təhsil həyatı və karyera planlaması, şəxsi inkişaf, o cümlədən dərsdənkənar vaxtların daha zəngin, rəngarəng və səmərəli olması üçün tələbələrə öz tövsiyələrini bildirib.

Nilufər Allahyarlı görüşdə rektora müəllifi olduğu “NyShee Car Service Motors” startap layihəsi haqqında məlumat verib. Qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Məqsədi Bakıda və bölgələrdə avtomobillərin təmiri üzrə unikal xidmətlər təklif etməkdir.

Tələbələrə uğurlar arzulayan Səadət Əliyeva bildirib ki, Azərbaycan Universitetində müxtəlif tədbir və layihələrin həyata keçirilməsində tələbələrin fəallığı yüksək qiymətləndirilir və diqqət mərkəzində saxlanılır.

Universitet rəhbərliyi tələbələr tərəfindən irəli sürülən ideya və təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcək.

Qeyd edək ki, videoçarxın müəllifləri IV kurs tələbələridir. Fidan Əlizadə və Rauf Əliyev Marketinq (ingilis bölməsi) ixtisası üzrə, Nilufər Allahyarlı isə Biznesin idarə edilməsi (ingilis bölməsi) ixtisası üzrə təhsil alır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri