Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq xeyriyyə bazarında təmsil olunub

Azərbaycan beynəlxalq xeyriyyə bazarında təmsil olunub

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında “Polşada Akkreditə Olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 17-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, badambura və digər təamlar böyük marağa səbəb olub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Tədbir çərçivəsində Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Duda stendimizi ziyarət edərək nümayiş olunan məhsullar ilə tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti barədə məlumat verib. O, ölkəmizin zəngin mədəniyyətinin özünü ecazkar musiqidə, ritmik rəqslərdə, miniatür rəsmlərdə, əl ilə toxunmuş nəfis xalçalarda, milli mətbəximizdə büruzə verdiyini bildirib.

Səfir Azərbaycan mətbəxinin dünyanın ən zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayıb. Səfir qeyd edib ki, heç şübhəsiz, plovu Azərbaycan mətbəxinin şah əsəri hesab etmək olar. Çoxlu sayda çeşidləri olan bu yemək ziyafətlərdə, bayramlarda, xüsusilə Novruz bayramında masaların “tacı” olur. Səfir zəngin milli mətbəximizin digər nümunəsi olan dolmanın 2017-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edildiyini deyib.

Daha sonra səfir milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslər haqqında danışıb. O, xüsusən “Uzundərə” rəqsi barədə məlumat verib. Səfir bu möhtəşəm rəqsin Qarabağda, Ağdamla Göytəpə arasında yerləşən Uzundərə ərazisində yarandığını, həm toylarda, həm də digər şənliklərdə çox vaxt qadınlar tərəfindən, bəzən isə cütlük şəklində ifa olunduğunu əlavə edib. Səfir rəvayətə görə, gəlin apararkən yolun dərənin içərisindən keçdiyindən və uzun olduğundan, musiqiçilərin gəlini lirik bir musiqi ilə müşayiət etdiyini və bu zaman rəqs etdiyini bildirib. N.Qurbanova dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında “Uzundərə” rəqsinin melodiyasından istifadə etdiyini diqqətə çatdırıb.

Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendə dəvət edib.

Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Uzundərə” rəqsi və “Azərbaycan” mahnısı səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə ilk dəfə olaraq Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.

Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” televiziya kanalında yayımlanan populyar “Dobrego dnia” proqramına və həftəlik “Tygodnik Solidarność” qəzetinə müsahibə verərək zəngin Azərbaycan mədəniyyəti, o cümlədən UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.

Qeyd edək ki, builki xeyriyyə bazarında 50 ölkə iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri