Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı müzakirə etdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Azərbaycan və Misir arasında dayanıqlı şəhərsalma və infrastruktur sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr 12-ci ÜmumdünyaŞəhərsalmaForumu (WUF12) çərçivəsində Misirin Mənzil, kommunal və şəhər icma işləri naziri Şərif El Şerbini ilə görüş çərçivəsində baş tutub.
“Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik olan WUF12-nin uğurlu təşkili münasibətilə təbriklərimizi çatdıraraq, 2026-cı ildə Bakıda baş tutacaq WUF13-ün hazırlıqlarında Azərbaycanın Misirin təcrübəsindən geniş faydalanacağına əminliyimizi bildirdik”, – deyə sədr qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Noyabr 2024 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















