Icma.az
close
up
RU
Azərbaycan və Çin arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanır Soltan Məmmədov

Azərbaycan və Çin arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanır Soltan Məmmədov

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycan və Çin arasındakı münasibətlər qarşılıqlı etimada əsaslanır. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan bir sıra dünya ölkələri ilə, xüsusən də Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Sfera.az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

Deputat bildirib ki, ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ölkələrimiz arasındakı münasibətlərin tarixində yeni səhifə açdı.

“Prezident İlham Əliyev də Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmağın bizim üçün olduqca vacib olduğunu öz çıxışlarında vurğulayıb. Bəyannamədə ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı fəaliyyətin koordinasiyası ilə bağlı mühüm müddəalar əksini tapıb.

Bu sənəd, eyni zamanda, “Bir kəmər, bir yol” çərçivəsində praktiki əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutur. Neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji, elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və kosmik sahədə sərmayə əməkdaşlığının inkişafı vurğulanır. Bütün bunlar Azərbaycanla Çin arasında əlaqələrin kifayət qədər geniş spektrdə inkişaf etdirilməsi niyyətini ifadə edir”.

Soltan Məmmədov vurğulayıb ki, Azərbaycan “Yaşıl enerji” sektorunun inkişafında çox maraqlıdır. Çin şirkətlərinin Azərbaycanın bərpaolununan enerji sektoruna investisiya yatırması bu sahənin inkişafında mühüm rol oynaya bilər.

“COP29 zamanı bir sıra Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində müvafiq sənədlər imzalandı. Çinin bu bərpaolunan enerji istehsalı sahəsində təcrübəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərin reallaşdırılması baxımından faydalı ola bilər. Ona görə də bizim ölkəmiz Çin şirkətlərinin bu istiqamətdə investisiya təşəbbüslərini fəal şəkildə dəstəkləyir”.

S.Məmmədov, eyni zamanda, Heydər Əliyev Fondunun Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiyasiyası ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Bildirib ki, iki qurum arasındakı əlaqələr dövlətlər və xalqlar arasında münasibətlərin inkişafına töhfə vermək məqsədi daşıyır. Bu əməkdaşlıq çərçivəsində bir çox uğurlu layihələr həyata keçirilib.

Deputat qeyd edib ki, Azərbaycanla Çinin imzaladığı Birgə Bəyannamənin əsas müddəalarından biri də qanunverici orqanlar arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafını nəzərdə tutur:

“Bir neçə gün öncə Çin nümayəndə heyəti ilə görüşdə ikitərəfli münasibətlər zəminində görülən işlər müzakirə edildi, gələcək layihələr barədə fikir mübadiləsi aparıldı. Parlamentlərarası əlaqələrin inkişafı hər iki tərəfin xüsusi önəm verdiyi məsələlərdən biridir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri