Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək deputat

Azərbaycan Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək deputat

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan və Çin arasındakı münasibətlər 2024-cü ildə Astanada qəbul olunmuş Strateji tərəfdaşlığa dair Birgə Bəyannamədən sonra yeni mərhələyə qədəm qoyub. Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcudluğunu göstərir. Prezident İlham Əliyevin aprelin 22-də Çin Xalq Respublikasına səfəri də münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyini təsdiqləyir. Çinlə əməkdaşlığın genişlənməsi yalnız iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili deyib. O bildirib ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çin 4-cü, idxalda isə 1-ci yerdə qərarlaşıb. “19 trilyon dollarlıq iqtisadi gücə malik bir ölkə ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri Orta Dəhlizin inkişafına yönəlib. Bu dəhliz Şərq-Qərb nəqliyyat axınının mühüm hissəsini təşkil edir və ölkəmiz tərəfdaşlarının etimadını qazanıb”.

Tahir Mirkişili vurğulayıb ki, Çin Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin fəal iştirakına böyük önəm verir. Bu təşəbbüs çərçivəsində nəqliyyat imkanlarının genişləndirilməsi təkcə Çin məhsullarının Azərbaycana idxalını deyil, eyni zamanda, yerli məhsulların Çin bazarına çıxışını asanlaşdırır. O bildirib: “Azərbaycan iqtisadiyyatına Çin investisiyalarının artdığını müşahidə edirik. Regionda baş verən münaqişələr fonunda ölkəmizdəki sabitlik və əlverişli iqtisadi mühit Azərbaycana investorların marağını artırır. Rusiya ərazisində və Qırmızı dənizdəki hərbi gərginliklər Orta Dəhlizə olan tələbatı daha da artırıb. Ümumilikdə 10-a yaxın ölkənin ərazisindən keçən bu dəhliz iştirakçı ölkələri əməkdaşlığa sövq edir və onları iqtisadi tərəfdaş halına gətirir. Bu layihənin açar ölkəsi, şübhəsiz ki, Azərbaycandır. Prezident İlham Əliyevin “Sinxua” agentliyinə verdiyi müsahibəsində də qeyd edildiyi kimi, 2024-cü ildə Azərbaycan-Çin əmtəə dövriyyəsinin həcmi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb”.

Tahir Mirkişili Azərbaycanın infrastrukturunun sürətlə inkişafı sayəsində son bir ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. “Orta Dəhliz yalnız regional deyil, həm də qlobal əhəmiyyətli bir layihədir. Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 800 milyard dollara yaxınlaşır. Bu, fonda ölkələrarası ticarətin genişlənməsi, nəqliyyat imkanlarının inkişafından birbaşa asılıdır. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadi artıma mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusilə yüksək texnologiyalar, innovasiyalar, alternativ və bərpaolunan enerji sahələrinə yönəlmiş birbaşa investisiyaların cəlbi ilə bağlı danışıqlar aparılır. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki rolu isə strateji xarakter daşıyır. Bu mövqe Çin tərəfindən yüksək qiymətləndirilir. 2500 il əvvəl qədim İpək Yolu vasitəsilə başlayan ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun davam etdirilir. Ən önəmlisi, iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün hər iki liderin siyasi iradəsi mövcuddur. Xatırladım ki, 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” forumunda Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev iştirak etmişdi. Çin lideri Si Cinpinin bu təşəbbüs çərçivəsində Azərbaycana verdiyi yüksək dəyər, eyni zamanda, dövlətimizin başçısına göstərilən böyük etimadın göstəricisidir. Ölkələrimiz arasında coğrafi məsafə uzaq olsa da, mövcud olan sıx əlaqələr və güclü əməkdaşlıq bizi bir-birimizə yaxınlaşdırır. Düşünürəm ki, Çin kimi böyük iqtisadi potensiala malik bir ölkə ilə əlaqələrin genişləndirilməsi Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri