Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi hələ də həll olunmamış çoxsaylı mürəkkəb məsələləri əhatə edir DEPUTAT
Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azərbaycan, erməni tərəfinin təqdim etdiyi sülh müqaviləsi layihəsinə cavab olaraq, öz təkliflərini təqdim edib".
Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.
Deputat qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan, Azərbaycan tərəfindən təqdim edilən təkliflərin müzakirə edilməyə davam olunduğunu qeyd edib:
"Azərbaycanın Ermənistanın təqdim etdiyi sülh müqaviləsi layihəsinə cavabı və bununla bağlı müxtəlif mövqelər, münaqişə sonrası mərhələdə regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin necə tənzimlənəcəyini müəyyən edəcək. Bu təkliflər və cavablar həm siyasi, həm də diplomatik baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi hələ də həll olunmamış çoxsaylı mürəkkəb məsələləri əhatə edir. Müqavilənin nəticələri yalnız tərəflərin maraqlarında deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin, xüsusilə də aparıcı güclərin maraqlarını əks etdirir. Təkliflərin müzakirəsi və qarşılıqlı razılığa gəlinməsi halında, sülh müqaviləsi imzalanacaq və regionda uzunmüddətli sülhün təməli qoyula bilər. Əgər təkliflər üzərində ciddi fikir ayrılıqları qalarsa, bölgədə gərginliklər davam edə bilər".
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Noyabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















