Azərbaycan və Ermənistan liderlərinin sülhə nail olmaq naminə səyləri mükafata layiqdir Mirziyoyev
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.
Redaktor.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.
"Şeyx Zayedin "İnsan Qardaşlığı Mükafatı"nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir", - deyə bildirən Mirziyoyev qeyd edib ki, uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir:
"Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















