Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş zamanı əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər müzakirə olunacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda jurnalistlərə açıqlamasında belə deyib.
Nazirin sözlərinə görə, bu gün Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası keçiriləcək ki, bu da iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə çox mühüm formatdır.
“Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak edəcək. Təbii ki, biz iki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələləri, xüsusilə bizi Azərbaycanla birləşdirən müxtəlif sektorlardakı strateji tərəfdaşlığı müzakirə edəcəyik. Təbii ki, görüşlər ən yüksək səviyyədə keçiriləcək, Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü olacaq və əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər bu formatda müzakirə olunacaq"- Maka Boçorişvili deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















