Azərbaycan və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında saziş imzalanıb FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Noyabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.
Doğru.az xəbər verir ki, səfər çərçivəsində nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü keçirilib. Tərəflər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyətini, həmçinin hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər.
Görüş zamanı informasiya mübadiləsi, birgə təhlükəsizlik tədbirləri və digər əməkdaşlıq istiqamətlərini əhatə edən saziş imzalanıb. Bu sənəd iki ölkə arasında hüquq-mühafizə sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















