Azərbaycan və İran işçi qrupun yaradılmasını müzakirə etdi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlığı gücləndirilməsi ilə bağlı işçi qrupunun yaradılması müzakirə olunub.
Axar.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə görüşüb.
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı işçi qrupun yaradılması və normativ hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 18 Noyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















