Azərbaycan və İran nümayəndələri Biləsuvar keçid məntəqəsinə baxış keçirib
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Biləsuvar gömrüyündə keçidin asanlaşdırılması və sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
XQ bildirir ki, Ərdəbil əyalətinin valisi Məsud İmami Yegane İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu, İslam Şurası Məclisində Parsabad, Biləsuvar və Aslandüzü təmsil edən deputat, eləcə də valinin tikinti və iqtisadi məsələlər üzrə müavinləri ilə birlikdə Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baş çəkib.
Səfər zamanı ixrac, idxal və tranzit yükləri daşıyan yük avtomobillərinin hərəkətinin son vəziyyəti, eləcə də Biləsuvar gömrüyündə göstərilən xidmətlərin gedişi nəzərdən keçirilib.
Həmçinin Azərbaycan Respublikasının Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baxış zamanı hər iki ölkənin yük avtomobillərinin keçidinin asanlaşdırılması və sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Baxış sayı:157
Bu xəbər 05 Avqust 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















