Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub
03 Dekabr 2024 16:25

