Icma.az
close
up
RU
Azərbaycan və İsrail nazirləri müzakirə apardı FOTOLAR

Azərbaycan və İsrail nazirləri müzakirə apardı FOTOLAR

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdədir.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin İsrailin kənd təsərrüfatı sahəsində aparıcı tədqiqat və araşdırma mərkəzlərinə baş çəkməsi, həmçinin “Gələcəyin Dənizi” II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammitində iştirakı nəzərdə tutulur.

Səfərin ilk günü İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyində Azərbaycan və İsrail nümayəndə heyətləri arasında görüş keçirilib.

Qonaqları salamlayan İsrailin kənd təsərrüfatı və aqrar inkişaf naziri Avi Dixter çətin dövrlərdə Azərbaycanın İsrailin ərzaq təhlükəsizliyinə verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

Ölkəmizə səfərini xatırladan nazir qeyd edib ki, ötən müddət ərzində iki ölkə arasında aqrar sahədə əməkdaşlıq perspektivləri daha da genişlənib. Avi Dixter aparılacaq müzakirələrin kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılmasına, heyvandarlıq və toxumçuluq sahələrində müasir texnologiyaların transferinə, aqrar tədqiqatlar və təcrübə proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə, eləcə də suvarma sahəsində İsrail təcrübəsindən istifadə imkanlarının artırılmasına töhfə verəcəyini vurğulanıb.

Nazir Məcnun Məmmədov Azərbaycan və İsrail arasında bütün sahələrdə münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, hər iki tərəfin aqrar sahədə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

O qeyd edib ki, iki il öncə Bakıda imzalanmış iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi bu əməkdaşlığın yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.

Müzakirələr zamanı qeyd olunan Yol Xəritəsinin daha da təkmilləşdirilməsi barədə qarışlıqlı ilkin razılıq əldə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra M.Məmmədov Volcani Institute Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nazirə Mərkəzin fəaliyyəti və kənd təsərrüfatı sahəsində aparılan elmi araşdırmaların əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, institut yerli və xarici mütəxəssislər üçün beynəlxalq səviyyədə aspirantura üzrə tədqiqat imkanları yaradır, eyni zamanda digər səviyyələrdə də təhsil proqramları təqdim edir.

Hazırda İsrailin Kənd Təsərrüfatı və Aqrar İnkişaf Nazirliyinin aqrar tədqiqatlar üzrə əsas qurumu kimi fəaliyyət göstərən institut bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaq və ətraf mühit elmləri, eləcə də qida elmləri sahələrində aparılan elmi tədqiqatları dəstəkləyir.

Tərəflər Azərbaycan və İsrailin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları və araşdırma mərkəzləri arasında əməkdaşlıq imkanlarını geniş müzakirə ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri