Azərbaycan və NATO enerji təhlükəsizliyi məsələlərini müzakirə edib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan və NATO tərəfdaşlığı, enerji təhlükəsizliyi məsələlərini və bu sahədə birgə tədqiqatların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Oktyabrın 7-də NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin direktoru polkovnik Gitis Kazokas mərkəzin təhsil, hazırlıq və təlimlər şöbəsinin mütəxəssisi leytenant Zafer Başerlə birlikdə Azərbaycana səfər edib.
"Səfər çərçivəsində NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və digər dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















