Icma.az
close
up
RU
“Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir keçirilib

“Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb. Sədr Fuad Muradov çıxışında iki qardaş ölkə və xalq arasındakı tarixi bağlardan danışıb, dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq münasibətlərini xatırladıb. Komitə sədri həmvətənlərimizin Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, ölkədəki multikultural dəyərlərin gücləndirilməsinə töhfə verdiklərini vurğulayıb. Özbəkistanda yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onlara hər zaman xüsusi qayğı ilə yanaşdığını, həmçinin ictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərinə hərtərəfli dəstək göstərdiyini bildirib.

Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərin Məsələləri üzrə Komitəsinin sədri Kaxraman Sariev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyib. Sədr xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının rolunu xüsusi qeyd edib.

Millət vəkili Cavanşir Paşazadə öz çıxışında diqqəti ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına çəkib. 

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını dilə gətirib. 

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov, araşdırmaçı-jurnalist, türkoloq Aida Eyvazlı Göytürk və digər natiqlər çıxışlarında səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Türk dünyası ilə birgə fəaliyyətə həsr edilən videoçarx nümayiş olunub.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see313

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see218

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see201

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see164

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see135

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see135

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see132

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see131

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see131

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see129

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see128

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see128

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see127

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see122

Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

25 Avqust 2025 14:23see121

“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”

26 Avqust 2025 16:01see120

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see119

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see118

Rusiya MN in keçmiş rəisinin əmlakına həbs qoyuldu

25 Avqust 2025 17:08see118

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri