Icma.az
close
up
RU
Daşkənddə “Özbəkistan Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib

Daşkənddə “Özbəkistan Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin təşkilatçılığı ilə Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsində dövlətlərimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyi münasibətilə “Özbəkistan-Azərbaycan: Əbədi dostluq yolunda” adlı tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsi tərəfindən Daşkənd şəhərindəki “Dostluq bağı”nda yaradılmış Milli Mədəni Mərkəzlər Pavilyonunda Özbəkistanda yaşayan müxtəlif xalqlara aid guşələrlə tanış olub, sonra isə sözügedən komitənin foyesində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan-Özbəkistan diplomatik əlaqələrinə həsr edilmiş fotosərgini ziyarət ediblər.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinovun moderatorluğu ilə keçirilən tədbirdə Özbəkistan Millətlərarası Münasibətlər və Xaricdəki Vətəndaşların Məsələləri Komitəsinin sədri Qəhrəman Sarıyev çıxış edərək Özbəkistan-Azərbaycan əlaqələrindən, rəhbərlik etdiyi təşkilat ilə Azərbaycan səfirliyi arasında yaranan xoş münasibətlərdən söz açıb.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi eləcə də Özbəkistanda yaşayan Azərbaycan daspoarısı ilə münasibətlərdən danışan Qəhrəman Sarıyev gələcəkdə birgə həyata keçirəcək layihələri də diqqətə çatdırıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə iştirakçıları təbrik edib. Qeyd edib ki, Özbəkistanla Azərbaycan arasındakı möhkəm bağlar ümumi mədəniyyət, din, dil və mənəvi sərvətlərə dayanır.

Səfir deyib ki, müstəqillik illərində dövlətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə möhkəm əlaqələr qurublar. Dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin müntəzəm görüşləri strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm amilə çevrilib.

Onun sözlərinə görə, bu gün Özbəkistan ilə Azərbaycan ticarət, nəqliyyat, energetika, loqistika, təhsil və mədəniyyət sahələrində uğurla əməkdaşlıq edir. Sənaye və kənd təsərrüfatında birgə layihələr həyata keçirilir, əmtəə dövriyyəsi yüksəlir, regionlar və işgüzar dairələr arasında əlaqələr daha da möhkəmlənir.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli “Azərbaycan və Özbəkistan münasibətlərində xalq diplomatiyası” mövzusunda etdiyi məruzəsində xalq diplomatiyası, mədəniyyətlərarası diplomatiya, təhsil diplomatiyası, gənclər və vətəndaş cəmiyyətləri arasındakı diplomatiya, Türk Dövlətləri çərçivəsində regional diplomatiyadan söz açaraq, iki ölkə arasındakı münasibətlərdə qeyd olunan sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri -tarix elmləri doktoru Azər Adıgözəlov və fəlsəfə üzrə elmlər doktoru, professor Nigina Şermuxammedovanın “Özbəkistan və Azərbaycanın diplomatik münasibətlərinin tarixi və bugünkü dövrdə əhəmiyyəti” və “Özbəkistan-Azərbaycan: tərəfdaşlıq münasibətləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdən sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda Özbəkistan-Azərbaycan ədəbi-mədəni münasibətlərində fərqlənən bir qrup şəxsə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən diplomlar, xatirə hədiyyələri təqdim edilib.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvlərinin ifasında milli rəqslərimizdən ibarət kiçik konsert proqramı da təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri