Icma.az
close
up
RU
Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib VİDEO AZƏRTAC

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib VİDEO AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 dekabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Xəzər dənizinin səviyyəsi, səviyyənin dayazlaşması tendensiyaları və bu prosesin səbəbləri, ekosistemə, o cümlədən bioloji resurslara təsirlərin qiymətləndirilməsi, ətraf mühitin monitorinqi sahəsində əməkdaşlıq, uyğunlaşma tədbirləri və fəsadların azaldılması yolları müzakirə olunub.

Hər iki tərəf dəniz səviyyəsinin dayazlaşması təsirlərini minimuma endirmək və bu prosesin qarşısını almaq üçün operativ və konkret tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, mövcud məlumatların və elmi nəticələrin qarşılıqlı mübadiləsini təmin etmək barədə razılığa gəlib.

Görüşün sonunda Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq nazirlik və qurumların, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət yaradılmış İşçi Qrupun iclasının 2025-ci ildə Rusiya Federasiyasında keçirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, İşçi Qrup tərəfindən Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli proqnozların hazırlanması, genişmiqyaslı monitorinqlərin keçirilməsi üzrə tədbirlər planı hazırlanacaq. Eyni zamanda, dəniz səviyyəsinin dəyişməsinin sahilyanı ərazilərə təsirlərinin azaldılmasına yönəlmiş konkret addımlar, elmi araşdırmalar və digər uyğunlaşma tədbirləri həyata keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri