Icma.az
close
up
RU
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib AZƏRTAC

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Moskvada səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev ilə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov arasında görüş keçirilib.

AZƏRTAC FHN-ə istinadla xəbər verir ki, görüşdə təbii və texnogen hadisələrin xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bildirilib ki, bu ilin əvvəlində Bakıda tərəflər arasında imzalanmış 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı uğurla həyata keçirilir. Bu çərçivədə, azərbaycanlı mütəxəssislər Rusiya FHN-in “Lider” Xüsusi Riskli Xilasetmə Əməliyyatlar Mərkəzində olub, “Tsentrospas” dəstəsinin və Noqinsk Xilasetmə Mərkəzinin bazasında beynəlxalq axtarış-xilasetmə əməliyyatlarına dair seminarda, həmçinin “Kompleks təhlükəsizlik - 2024” XV Beynəlxalq Salondakı (Sərgidəki) tədbirlərdə iştirak ediblər. Eyni zamanda, sentyabr ayında Həştərxanda keçirilmiş Xəzər dənizinin şimal hissəsində dənizdə baş vermiş şərti qəza və neft dağılmalarının aradan qaldırılmasına dair təlimin izlənildiyi qeyd olunub. Həmçinin, il ərzində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) dəstəyi ilə Rusiya FHN-in müvafiq ali məktəbləri vasitəsilə üç birgə elmi-praktik konfrans və iki ixtisasartırma kursu keçirilib.

Görüşdə növbəti ildə də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə gələn ilin yanvar ayının sonunda Arxangelskdə Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən “Təhlükəsiz Arktika - 2025” idarələrarası təcrübə-tədqiqat təlimlərinin keçirilməsi nəzərdə tutulur və bu təlimlərdə Azərbaycan FHN müşahidəçi qismində iştirak etmək niyyətindədir.

Rusiya FHN-in rəhbəri bildirib ki, “bu, nəinki Arktikada təbii və texnogen fəlakətlərlə mübarizə sahəsində müasir yanaşma və texnologiyaları sınaqdan keçirməyə imkan verəcək, eyni zamanda bizim birgə keçirəcəyimiz “Xəzər-2026” beynəlxalq təlimlərə hazırlıq üçün yeni maraqlı ideyalar verəcək”.

Görüşdə MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialı olduğu vurğulanıb. Rusiya və Belarusun Fövqəladə Hallar üzrə Dövlətlərarası Şurasının iclaslarının səviyyəsini nazirlər səviyyəsinə qaldırmaq təşəbbüsünün Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyi bildirilib. Rusiyalı nazir bildirib ki, bu, Birlik çərçivəsində qarşılıqlı əməkdaşlığa əlavə təkan verəcək.

Görüşdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əməkdaşlığın fövqəladə hallar sahəsində dövlətlərarası münasibətlərin mühüm aspektlərindən biri olduğu qeyd olunub. BMMT-nin potensialı sayəsində Azərbaycan fövqəladə hallar orqanlarının daha da təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr uğurla həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri