Icma.az
close
up
RU
“Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə hansısa xüsusi bir önəm vermək düzgün olmazdı...”

“Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə hansısa xüsusi bir önəm vermək düzgün olmazdı...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Məsələ Yaxın Şərqlə bağlıdırsa, onu daha yüksək: nazirlər və ya onların müavinləri səviyyəsində Bakıda müzakirə etmək olardı...”

Xəbər verildiyi kimi, ötən həftə - noyabrın 27-də Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov Qüdsdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla işgüzar görüş keçirib. Bəzi media vasitələri ona diqqət çəkir ki, səfirlərin təması haqda Rusiya XİN-nin rəsmi bülletenində də məlumat yayılıb.  Rəsmi açıqlamaya görə, söhbətdə Fələstin-İsrail münaqişəsi zonasında baş verən hadisələr və Suriyadakı hadisələrin dinamikası diqqət mərkəzində olmaqla, əsas beynəlxalq və regional problemlər müzakirə edilib. Tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan XİN isə səfirlərin görüşü haqda xəbərlərə şərh verməyib. Ehtimal edilir ki, görüş təşəbbüsü Rusiyadan gəlib. 

Görəsən, sözügedən görüş doğrudanmı diqqətəlayiq və əhəmiyyətlidir?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov bunları söyləyib:

“Bilirsiz, hansısa ölkələr arasında səfirlər səviyyəsində hər hansı məsələnin həllini gözləmək düzgün deyil. Doğrusu, mən başa düşə bilmirəm, məsələ vacibdirsə, onun müzakirəsi niyə İsraildə baş verməlidir – bu, istənilən yerdə müzakirə oluna bilərdi. Yəni bu mənada Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə hansısa xüsusi bir önəm vermək düzgün olmaz. Sadəcə olaraq bəzi KİV baş verənləri şişirtməklə məşğuldur. İstənilən mövzu istənilən yerdə müzakirə oluna bilər. Əgər mövzu doğrudan da ciddidirsə, onu lazımi səviyyədə Moskvada, yaxud Bakıda müzakirə etmək olardı. Hesab edirəm ki, səfirlərin görüşünün Rusiya XİN-nin rəsmi bülletenində yayılması da normal bir haldır. O demək deyil ki,  səfirlər bu görüşlə hansısa mövzunu həll etməyə qadirdirlər. Hansısa səfirə xüsusi səlahiyyət veriləndə, bəli, nəsə gözləmək olardı.  Amma mən onu  başa düşə bilmirəm ki, niyə görüş üçün məhz İsrail seçilib. Məsələ Yaxın Şərqlə bağlıdırsa, onu daha yüksək: nazirlər və ya onların müavinləri səviyyəsində Bakıda müzakirə etmək olardı...” 

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see281

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see207

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see134

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see133

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri