Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə eyni cəbhədə, koordinasiya əsasında hərəkət edir ŞƏRH

Azərbaycan və Türkiyə eyni cəbhədə, koordinasiya əsasında hərəkət edir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Siyasətdə koordinasiya həm də bəzən tələb edir ki, eyni cəbhənin tərəfdaşlarının biri zalı tərk edəndə, o biri zalda qalsın

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasını öz səlahiyyətləri çərçivəsində araşdırıb. Bu barədə komissiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, monitorinqlər nəticəsində bəlli mərkəzlər tərəfindən başladılan bu kampaniyanın Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmaq məqsədi daşıdığı görünür: "Kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. Təəssüf hissi ilə qeyd etməliyik ki, “bir millət, iki dövlət” prinsipinə daim sadiq qalan Azərbaycan və Türkiyə cəmiyyətlərində bir sıra saf niyyətli insanlar da bu məkrli kampaniyaya dəstək verirlər. Eyni zamanda, Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bu cür fəaliyyətlərin hüquqi məsuliyyət yaratmasına baxmayaraq, kampaniya hələ də davam edir. O da qeyd olunmalıdır ki, əlaqələndirilmiş informasiya kampaniyasının iştirakçıları ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına məlumatlar təqdim ediləcək". Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya bu cür həssas dönəmdə vətəndaşlarımızı və Türkiyədəki qardaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır.

İctimai xadim, yazıçı-publisist Arzu Əsəd Sherg.az-a açıqlamasında bildirdi ki, dünəndən BMT-dəki iclasda Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə əlaqədar guya Türkiyə tərəfinin bizə münasibətdə incidiyini, “ehkam kəsdiyini” və sairəni bildirən və onlara cavab xarakterli status və rəylərin sosial şəbəkələri doldurması təəssüf doğurur:

- Ən yaxşı ifadələri "bizə böyük qardaş lazım deyil", "Türkiyə niyə bizə darğalıq etməlidir?", "biz şahmatı onlardan yaxşı oynayırıq"... olmaqla qardaş Türkiyənin ünvanına hər cür hədyan yağdırılır. Müəyyən şəxslər tətikdədir. Əvvəl guya hansısa bir Türkiyə vətəndaşı, televiziyası, saytı nəsə deyir və "bizimkilər" də guya reaksiya verməyə məcbur olurlar. Halbuki, hamı bilir ki, Türkiyədə dövlətin və iqtidarın əleyhinə nə qədər qüvvələr var və hər bir kiçik anlaşılmazlıq kimi görünən mənzərədə o tərəfdən onlar, bu tərəfdən isə bizim türk düşmənlərimiz daşlaşmağa başlayırlar. Bu daşlar da elə atılır ki, heç birinin təpəsinə düşmür, millətin bostanına yağır. Sual olunur, ey təxribatçı türk düşmənləri, nə zaman Türkiyədən bir rəsmi dövlət nümayəndəsinin ağzından və yaxud iqtidarın mətbu orqanlarından BMT-də Azərbaycan nümayəndəsinin zalı tərk etməməsini qınayan bir açıqlama gəldi? Siz, doğrudanmı o qədər sadəlövh, primitiv təfəkkürlüsünüz, anlamırsınız ki, Azərbaycan və Türkiyə beynəlxalq siyasət səhnəsində eyni cəbhədən, qarşılıqlı razılaşma və koordinasiya əsasında hərəkət edirlər? Amma siyasətdə koordinasiya onu tələb etmir ki,"məsələn, bu dövlətlərin nümayəndələri həmişə hər ikisi də zalı tərk etsinlər. Siyasətdə koordinasiya həm də bəzən tələb edir ki, eyni cəbhənin tərəfdaşlarının biri zalı tərk edəndə, o biri zalda qalsın. Türklər iki min ildir ki tarixin siyasət səhnəsindədir. Hər millətin tarixində qabarma-çəkilmələr olduğu kimi, onların da tarixində tərəqqi və tənəzzül məqamları olub. Bu bir reallıqdır ki hazırda dirçəlişlərinin, inkişaflarının yüksək mərhələsində olan türklərə onların iki min illik siyasi təcrübəsindən doğan strateji ağılları onların giriş-çıxış istiqamətlərini çox dəqiq diktə edir. Türklər artıq qurulan oyunlara düşmür, lazım gəldikdə özləri oyun qururlar. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri