Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə Güney Azərbaycandakı prosesləri diqqətlə izləməli, analiz etməli və dəyərləndirməlidir

Azərbaycan və Türkiyə Güney Azərbaycandakı prosesləri diqqətlə izləməli, analiz etməli və dəyərləndirməlidir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Türkiyə mediasında xoşagəlməyən açıqlamalar var. Qərəzli, sırf məsələni dini tərəfdən dəyərləndirib orada yaşayan 40 milyon Azərbaycan türkünün hansı əzab əziyyətlər çəkdiyini görməzdən gələn bir yanaşma ilə məsələyə baxırlar. Bu, siyasi və əxlaqi olaraq doğru bir yanaşma deyil. Bütün bunlar nəzərə alınmalıdır ki, Güney Azərbaycan öz azadlığını əldə edəndən sonra bu tarixi sürəcə bir də geri dönüb baxacaq. O çətin vaxtda onun yanında kim oldu, kim oldu və s. bu məsələləri dəyərləndiriləcək. Əgər bu gün Türkiyə mediasında Güney Azərbaycanın milli siyasi haqları gündəmə gətirilmirsə...”

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Politoloqun fikrincə, yeni vahid İran coğrafiyasının qurulmasında o qədər siyasi oyunlar gedəcək ki, orada Azərbaycan türklərinin milli, siyasi haqları ikinci-üçüncü dərəcəyə düşəcək və yenə də nəticəsiz qalacaq.

Sadiq İsabəyli

“Niyə biz keçmiş tariximizdən nəticə almayaq, dərs götürməyək, məşrutədən dərs çıxartmayaq, qurduğumuz milli hökumət dövründən dərs çıxartmayaq? Son İran İslam İnqilabı deyilən o inqilabdan dərs çıxartmayaq ki, bütün proseslərin içində başlanğıcında və yekunlaşdırılmasında Azərbaycan türkləri rol aldılar, amma nəticə onların əleyhinə çevrildi. Niyə eyni prosesi bizə bəzi Türkiyədəki media təqdim etməyə çalışır? Həqiqətən də mən buna təəssüf edirəm. Ümid edirəm ki, Türkiyə dövləti ağıllı bu prosesə daha real yanaşacaq. Azərbaycan dövlətinə gəldikdə, bu proses Azərbaycan dövlətinin ciddi şəkildə diqqəti və nəzarəti altında olmalıdır. Yəni Güney Azərbaycanda başlanacaq milli səfərbərlik sürəcində bu səfərbərliyin qələbə ilə yekunlaşdırılması məsələsində doğru yanaşma ortaya qoyulmalıdır. Ümid edirəm ki, bu yanaşma olacaq”-deyə Sadiq İsabəyli qeyd edib.

Siyasi şərhçi bildirib ki, İsrailin İranla başladığı bu savaş, eyni zamanda İsrail dövlətinin mövcudluğunu təhdid edən bir qüvvənin aradan qaldırılması prosesidir: “Bununla yanaşı, orada yaşayan qeyri-fars millətlərinin yenidən öz milli siyasi taleyini qurmaq üçün tarixi bir fürsətdir. Bu fürsətin dəyərləndirilməsi növbəti mərhələlərdə əsas gündəmdə olan məsələ olacaq. Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli siyasi mübarizəsi, onun milli səfərbərliyi və bu prosesdə onun yanında olan qüvvələr, konkret olaraq doğru zamanlama şəraitində mövqelərini ortaya qoyacaqlarsa, bu, Azərbaycan türklərinin neçə yüzillik, üzləşdiyi ədalətsizliyin aradan götürülməsi anlamında olacaq. Güclü bir Azərbaycanın ortaya çıxması anlamında olacaq. Yenidən Azərbaycanın dirçəlişi mərhələsinə şahid olacağıq. Bu, həm də artıq bu bölgədə yeni bir reallıq formalaşdıracaq”.

Sadiq İsabəyli vurğulayıb ki, Güney Azərbaycan milli azadlıq hərəkatı və onun siyasi təmsilçiliyinin təşkilatlanmış formada ortaya çıxması məsələsi çox ciddi müzakirə olunmalıdır, bu prosesi aparan qüvvələrə ciddi şəkildə yanaşılmalıdır.

Sadiq İsabəylinin fikrincə, bu tarixin gerçəkləşdirilməsi və yenidən yazılması artıq bizim əlimizdə olmalıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri