Icma.az
close
up
RU
Türkiyə qurtuldu, Güney Azərbaycan hədəf seçildi Təhlükə anonsu

Türkiyə qurtuldu, Güney Azərbaycan hədəf seçildi Təhlükə anonsu

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

PKK terror təşkilatı Türkiyədəki fəaliyyətinə son qoyduğunu və qüvvələrini ölkə ərazisindən çıxardığını açıqlayıb. Təşkilatın liderlərindən Sabri Ok qruplaşmanın həbsdə olan qurucu lideri Abdullah Öcalanın çağırışı ilə 12-ci Qurultayında qəbul etdiyi qərarlar əsasında özünü buraxdığını bildirib.

Lakin digər tərəfdən, PKK-nın xarici qolları hesab edilən YPG, PYD, PJAK hələdə analoji qərarı verməyib. Təşkiların qərarı “terror üzərində qələbə” adlandırılsa da, törəmə qruplaşmaların geri çəkilməməsi bir sıra suallar doğurur.

Globalinfo.az-a danışan iranlı politoloq Məsud Haray deyib ki, PKK-nın silahı yerə qoyması ilə bağlı müzakirələrdən Türkiyə sərhədlərindən çəkilmə mərhələsinə qədərki proses, təşkilatın fəaliyyət sahələrini ölkənin xaricinə daşımağa çalışdığını açıq şəkildə göstərir:

“Bu çərçivədə onun Suriya və İraq ərazilərində möhkəmləndiyi, zamanla bölgənin güc balansına təsir göstərə biləcək bir quruma çevrildiyi müşahidə olunur.

Lakin Suriya və İraqda güclü mərkəzi hakimiyyətin mövcud olmamasına baxmayaraq, İran rejiminin PKK-ya dolayı və ya birbaşa bəzi kanallar vasitəsilə zəmin yaratdığına dair beynəlxalq müşahidəçi hesabatları mövcuddur. Bu vəziyyət, Güney Azərbaycanın gələcəyi üçün ciddi təhlükəsizlik riski kimi dəyərləndirilir, həmçinin bölgənin sabitliyinin pozulması ehtimalı vurğulanır”.


Məsud Haray

Politoloq bildirib ki, tarixi baxımdan da bu bölgədə oxşar təhdidlərin yaşandığı unudulmamalıdır:

“Şeyx Übeydullah Nəhri üsyanı (1880), ardından baş verən Cilovluq faciəsi və Sulduz qətliamı xarici qüvvələrin etnik və məzhəbi ixtilaflardan istifadə edərək regionu qeyri-sabitliyə sürükləmə cəhdlərinə nümunədir. Bu tarixi təcrübələr günümüzdə baş verən hadisələr qiymətləndirilərkən yaddaşlardan silinməməlidir.

Beləliklə, Türkiyənin terrorla mübarizədə əldə etdiyi uğurlar təhdidin tamamilə aradan qalxdığı mənasına gəlməməlidir. Əksinə, terrorçu elementlərin fərqli coğrafiyalarda yenidən təşkilatlanmaq cəhdləri, Türk dünyasının bütövlüyü və təhlükəsizliyi baxımından ortaq strateji mövqenin əhəmiyyətini bir daha ortaya qoyur”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri