Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar “HaberGlobal” telekanalı

Azərbaycan və Türkiyə liderləri təxribatlara qarşı uğurlu mübarizə aparırlar “HaberGlobal” telekanalı

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin birgə səyləri nəticəsində Azərbaycan və Türkiyə arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Qardaşlıq bağları həm masa arxasında, həm də konkret proqram və layihələrdə özünü aydın göstərir ki, bu da Ankara və Bakının rəqiblərinin bütün planlarını məhv edir. SİA xəbər verir ki, bu fikirlər Türkiyənin “HaberGlobal” televiziyasının reportajında yer alıb.

Telekanal qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi bu gün də iki dövlətin sarsılmaz dostluğunu daha yaxşı xarakterizə edir.

“Türkiyə və Azərbaycan müxtəlif dövrlərdə erməni silahlı dəstələrinin fəaliyyəti, Qərbin təxribatları və ictimai fikrin manipulyasiyası kimi bir çox çağırışı dəf edə bilib. Dialoq və prezidentlərin həqiqi qardaş münasibətləri o qədər güclüdür ki, dövlətlərin yolunda istənilən maneəni məhv etmək qüdrətinə malikdir”, - deyə “HaberGlobal” vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulub. “O gündən Ankara ilə Bakı arasında əlaqələr genişlənməyə davam edib. Dövlət rəhbərlərinin şəxsi mövqeləri bu yolda güclü stimul olub”, - deyə reportajda bildirilir. Vurğulanır ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün tövsiyələrinin həyata keçirilməsində qətiyyətlidir.

Daha sonra deyilir ki, Türkiyə Prezidentinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində 2021-ci il iyunun 15-də Şuşa bəyannaməsi imzalanıb. Bu, “iki qardaş ölkənin əlaqələrini yeni strateji müttəfiqlik səviyyəsinə qaldırıb və bununla da rəqiblərin planlarını məhv edib”.

Telekanal diqqətə çatdırıb ki, Qərbdə bəzi qüvvələr 44 günlük müharibə qazanılan qələbədən sonra Azərbaycan və Türkiyə prezidentlərinin münasibətlərinə xələl gətirməyə çalışır. Lakin, bu təxribatlar ermənipərəst qüvvələrin ortaya atdığı digər uydurmalar kimi uğursuzluğa düçardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 02:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri