Icma.az
close
up
RU
Azərbaycan və UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib

Azərbaycan və UNICEF arasında əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.

T.Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.

Noyabrda Bakıda keçirilən COP29-un mahiyyətindən bəhs edən nazir tədbir çərçivəsində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan “İqlim dəyişikliyinin sağlamlığa təsirlərinə hazırlıq və onlara cavab olaraq səhiyyə sahəsində kadr potensialının gücləndirilməsi” mövzusunda panel müzakirələrini qeyd edib. Həmçinin Azərbaycan Tibb Universitetində (ATU) 2024/2025-ci tədris ilindən etibarən ATU-nun ikinci kurs tələbələrinə "İqlim dəyişikliyi və sağlamlıq" fənninin tədris olunduğu diqqətə çatdırılıb.

T.Musayev gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Saca Faruq Abdullah xatırladıb ki, BMT-nin Uşaq Fondu Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.

Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see153

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see114

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see114

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri