Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycan və Vyetnam hansı sahələrdə əməkdaşlıq edir? AÇIQLAMA

Azərbaycan və Vyetnam hansı sahələrdə əməkdaşlıq edir? AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsi zamanı söyləyib ki,  Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Gələcəkdə bu münasibətlər hansı iqtiqamətdə inkişaf edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Azərbaycan və Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər uğurla inkişaf edir.

"Cənab Prezident İlham Əliyevin "Vietnam News Agency" agentliyinə verdiyi müsahibə ikitərəfli əlaqələrin inkişaf tendensiyası və gələcək perspektivlər haqqında aydın fikir formalaşdırır.  Dövlətlərimiz arasında diplomatik əlaqələrin tarixindən bəhs edən ölkə başçısı sağlam təməl üzərində qurulan münasibətlərdə ulu öndər Heydər Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin əvəzsiz fəaliyyətlərini xüsusi olaraq qeyd etdi".

Deputat qeyd etdi ki, Azərbaycan Vyetnamla iqtisadi və ticarət əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir.

"2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Təbii ki, mövcud potensialı göz önünə gətirdikdə ticarət həcmini daha da artırmaq mümkündür. Məhz bu səbəbdən, rəsmi Bakı və Hanoy neft-qaz, energetika, turizm, sənaye, ticarət, informasiya-kommunikasiya kimi bir çox sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Azərbaycan və Vyetnamın neft sahəsində əməkdaşlığının möhkəm tarixi təmələ əsaslandığını vurğulayan dövlət rəhbərimiz azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin yaradılmasındankı rolundan bəhs etdi. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru da məhz, azərbaycanlı Cəlal Məmmədov olub. Bunlarla paralel, rəsmi Bakı və Hanoy beynəlxalq təşkilatlar, BMT, Qoşulmama Hərəkatı çərçivəsində də  uğurla əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan və Vyetnam arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində atılacaq addımların vacibliyini bir daha təsdiqləyir", - deyə Günay Ağamalı vurğuladı.

İqtisadçı Günay Hüseynova isə bildirdi ki, Vyetnamla iqtisadi, ticarət, siyasi əlaqələrimiz 1992-ci ildən başlayıb:

"Lakin müharibə şəraiti və digər iqtisadi səbəblərdən dolayı ticarət əlaqələrimiz məhdud sayda olub. Son illər ölkəmizdəki iqtisadi inkişaf, beynəlxalq arenadakı mövqeyi bu ölkə ilə əməkdaşlığımızın irəli səviyyədə inkişafına səbəb oldu. Ümumiyyətlə, bir ölkə ilə iqtisadi əməkdaşlıq üçün ilk növbədə siyasi sabitlik nəzərə alınır. Qarabağ probleminin həll olunması, bununla belə ölkəmizdəki rifah və sabitlik də iqtisadi imkanları genişləndirdi. Vyetnam ilk növbədə tranzit ölkə kimi Avropaya çıxış və digər iqtisadi maraqlardan dolayı ölkəmizlə ticarət əlaqələrini genişləndirib, eyni zamanda bu ölkə ilə ticarət əlaqələri ölkəmiz üçün iqtisadi maraq kəsb edir. 2024-cü ilin statistik göstəricilərinə əsasən, Vyetnama 78 milyon dollar həcmində məhsul ixrac etmişik".

İqtisadçı qeyd etdi ki, ticarət saldomuz müsbətdir.

"Vyetnama əsasən neft və neft məhsulları, kimyəvi məhsullar, xam neft ixrac olunur. Vyetnamdan idxal etdiyimiz məhsullar sırasında daha çox elektronika, quru çay, tekstil məhsulları təşkil edir. Onlar daha çox neft sektoruna maraq göstərir, biz isə onların təcrübəsindən yararlanıb elektronika və avadanlıq istehsal etməyimiz daha məqsədəuyğun olar. Artıq elektronika, kompüter sistemləşməsi dünyada geniş yayılıb, innovativ inkişafa ehtiyac var. Bununla belə, həm sərhədyanı ölkələrin, həm də digər ölkələrin bir texnika, elektronika brendi var, bizdə isə təəssüf ki, yox dərəcəsindədir. Həmçinin, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunda inkişafa nail olmaq üçün vacib addım hesab edilir. Qeyri-neft sektorunun əsas gəlirlərindən biri də turizm sahəsidir. Vyetnama birbaşa aviareysin açılması, münasib daşınma qiymətləri də iqtisadi baxımdan faydalı olar",- deyə müsahibimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri