“Azərbaycan Vəkili” jurnalının yeni nömrəsi işıq üzü görüb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Baş redaktoru Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2026-cı il üzrə ilk (№1 (27)) buraxılışı nəşr edilib.
Vəkillər Kollegiyasından XQ-yə verilən məlumata görə, nəşrin yeni nömrəsində tanınmış hüquq alimlərinin, vəkillərin, praktik hüquqşünasların, həmçinin doktorant və tələbələrin müəllifi olduğu 20 elmi məqalə yer alıb. Hüququn müxtəlif sahələrini əhatə edən bu aktual yazılar redaksiya heyətinin və kənar ekspertlərin müsbət rəyini qazanıb. Jurnaldakı hər bir material antiplagiat yoxlamasından keçirilib, DOI indeksi, açar sözlər və üç dildə (Azərbaycan, ingilis, rus) geniş xülasələrlə təmin olunub.
Görkəmli yerli və beynəlxalq hüquqşünasların təmsil olunduğu jurnalda, həmçinin Konstitusiya Məhkəməsinin, Ali Məhkəmə Plenumunun qərarları və Vəkillər Kollegiyasının 2026-cı ilin yanvar-may ayları üzrə fəaliyyət xəbərləri dərc edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Sentyabr 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















