Icma.az
close
up
RU
“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə açılan bu nömrəsində oxuculara bu ölməz söz ustadı ilə bağlı yazıçı-publisist Ramiz Göyüşün “Homer nəğmələrində oxunan əfsanəvi dostluq” və filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın “S.Vurğun yaradıcılığının Qazax aşiq mühitinə təsiri və “Ceyran” obrazının aşıq poetikasında bədii təzahürü” sərlövhəli məqalələri də təqdim olunur.

Oxucular eyni zamanda Milli Məclisin deputatı Musa Urudun “Zəlimxan Yaqubun Zəngəzur bayatıları”, tibb elmləri doktoru, professor Fatma Hacıyevanın “Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...”, şair İbrahim İlyaslının “Nobel deyilən mükafata onun daha çox iddiali olmaq haqqı var!”, tədqiqatçı Araz Yaquboğlunun “Daşkəndli Aşıq Nəcəf hansı ildə doğulub?”, Çəmən Miriyevanın “Unudulmaz xatirələr”, araşdırmaçı Eldar Həsənlinin “Mənim işim haqqınandı, zülümkara deyəmmərəm...”, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlının “Xalqın sevimli saz şairi – Paşa Salahlı”, ADMİU-nun dosenti Hafiz Kərimovun “Aşıq Məsim Sadaxlı”, şair-publisist Əkbər Qoşalının “Poetik kəramət”, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Astaranın aşıq oğlu” və “Sinəsi söz dolu, saz oldu, getdi” sərlövhəli elmi və elmi-publisistik məqalələri, eləcə də İlqar Həkim, Vaqif Rzayev, Altay Məmmədli və Vidadi Borçalının şeirləri və digər yazılarla tanış ola biləcəklər.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri