Icma.az
close
up
RU
Azərbaycan vətəndaş məmur münasibətlərində yeni bir dövrə qədəm qoymaqdadır ŞƏRH EDİLDİ

Azərbaycan vətəndaş məmur münasibətlərində yeni bir dövrə qədəm qoymaqdadır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

"Cənab Prezident İlham Əliyevin Naxçıvana yeni təyin olunmuş Prezidentin xüsusi nümayəndəsi və bir sıra rayonlara təyin olunmuş icra başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər əslində postmüharibə reallığında vətəndaş-məmur münasibətləri üçün yeni direktivlər, həmçinin yeni Azərbaycan quruculuğunda kadr islahatları üçün yeni yol xəritəsi hesab oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, cənab İlham Əliyevin tezisləri və bu istiqamətdə formulu kifayət qədər aydın və qətidir:"Dövlət başçısı qəti şəkildə tələb edir ki, hər bir məmur ona göstərilən yüksək etimadın, həmçinin onun üzərinə qoyulan şərəfli və böyük məsuliyyətin ruhuna və mahiyyətinə uyğun davranmalı, daim vətəndaşlara əlçatan olmalıdır. Xüsusən rayon yerlərində bölgələrə təyin olunan məmurlar dövlətə olan inam və etimadın sarsılmaması üçün daim vətəndaşların arasında olmalı, səlahiyyətlərin icrasını problemlərə ən azı vətəndaşların özü qədər yaxın olaraq həyata keçirməlidir. Bundan başqa, yeni tələblər, həmçinin həmin məmurların ailə üzvləri və yaxınlarını da əhatələyir və dövlət başçısı hesab edir ki, hər bir məmurun yaxını, ailə üzvləri ötən dövrün bəzi hallarda müşahidə olunan təcrübəsindən fərqli olaraq özlərini onlara göstərilən, həmin məmura göstərilən etimada uyğun aparmalı və bölgələrdə hər hansı formada əhalidə, insanlarda qıcıq yaradan addımlardan, fəaliyyətlərdən çəkinməlidir. Dövlət başçısının bu tezisləri kifayət qədər perspektivli və uğurlu hesab oluna bilər, çünki cənab İlham Əliyev nitqini nəzəri əsaslar üzərində yox, ötən dövrdə müşahidə olunan, xüsusən problemli istiqamətlərdə müşahidə olunan təcrübə üzərində qurub.Xüsusilə dövlət başçısının nitqini ümumiləşdirsək, görərik ki, cənab İlham Əliyev ötən dövrdə müşahidə olunan problemləri iki istiqamətdə qruplaşdırır. Birincisi, bölgələrdə ayrı-ayrı məmurların korrupsiyaya düçar olması və özfəaliyyəti, digər tərəfdən isə mərkəzdən, ayrı-ayrı dövlət orqanlarından, mərkəzi icra hakimiyyəti orqanlarından və yaxud dövlət aparatından daxil olan qanunsuz göstərişlər, hansı ki bu göstərişlər dövlətin yox, birbaşa həmin məmurların özlərinin mənafelərinə xidmət edib. Cənab İlham Əliyev bu tezisləri səsləndirməklə əslində göstərmiş oldu ki, dövlət bu günə qədər müşahidə olunan və müəyyən mənada nəzarətdən kənara çıxa bilmiş bu kimi mənfi tendensiyalara bundan sonra imkan verməyəcək. Bu əslində cənab İlham Əliyevin yeni bir dövrün başlaması ilə bağlı ən ciddi xəbardarlıqlarından biri hesab oluna bilər və xüsusən də istər kadr islahatlarında, istər məmur-vətəndaş münasibətlərində cənab İlham Əliyevin bugünkü direktivləri əslində yeni Azərbaycan quruculuğunun təməlində dayanan amillərdən biri kimi çıxış edə bilər və göstərilən qətiyyət, qarşıya qoyulan vəzifə və xüsusən məsuliyyət tədbirlərinin dəfələrlə vurğulanması onu deməyə əsas verir ki, artıq Azərbaycan vətəndaş-məmur münasibətlərində yeni bir dövrə qədəm qoymaqdadır".

Müəllif: Arzu Qurbanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see212

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see178

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see169

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see149

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see143

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see132

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri