“Azərbaycan vətəndaşı bilməlidir ki, onu güclü ordu qoruyur” KOMİTƏ SƏDRİ
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.
“Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”, – Prezident qeyd edib.
Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi “ayıq olmalı və daim güclü qalmalıyıq” çağırışı post‑münaqişə dövründə Azərbaycan üçün əsas strateji xətti ifadə edir:
“Dövlət başçısı bir daha nümayiş etdirir ki, sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda güclü müdafiə potensialı və müasir ordu ilə təmin olunur.
Ümumiyyətlə, Prezidentin həyata keçirdiyi islahatların əsas mahiyyəti suverenliyin qorunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsidir. Bu rifahın davamlı şəkildə təmin olunması isə güclü orduya və yüksək potensiala malik dövlət modeli ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, hərbi sənaye kompleksinin inkişafı, müasir ordu quruculuğu, yeni texnika və texnologiyaların tətbiqi ilə yanaşı, bu sistemi idarə edə bilən peşəkar milli kadr potensialının yetişdirilməsi əsas prioritetlərdəndir.
Son illər hərbi quruculuğa yönəldilən ciddi sərmayələr həm regional risklərin qarşısının alınmasına, həm də mümkün təhdidlərə qarşı üstün mövqenin qorunmasına xidmət edir. Bu mesaj eyni zamanda daxili auditoriyaya ünvanlanır: Azərbaycan vətəndaşı bilməlidir ki, onu güclü ordu, xüsusi xidmət orqanları və hüquq-mühafizə strukturları qoruyur və bu istiqamətdə ardıcıl, məqsədyönlü addımlar atılır”.
Deputat qeyd edib ki, Azərbaycan yeni reallıqlar fonunda təhlükəsizlik anlayışını milli inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi qəbul edir:
“Sərhədlərimizdən uzaq olmayan bölgələrdə davam edən müharibələr bunun hansı ağır fəsadlara yol açdığını açıq şəkildə göstərir.
Müasir sülh konsepsiyası isə güc və diplomatiyanın balanslı şəkildə tətbiqinə əsaslanır. Yəni, sülh müqaviləsinin imzalanması və diplomatik təşəbbüslərlə paralel olaraq, bu sülhü qoruyacaq gücə — müasir silahlarla təchiz olunmuş, çevik və peşəkar orduya sahib olmaq zəruridir”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Dekabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















