Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 103 xarici vətəndaşı ölkədən deportasiya edib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Xəbərdə bildirilir ki, cari ilin birinci rübündə Gürcüstandan 904 əcnəbi vətəndaş deportasiya edilib.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Bizim.Media
Baxış sayı:99
Bu xəbər 01 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















