Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 126 xarici vətəndaşı ölkədən deportasiya ediblər.
"Azpolitika" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar Miqrasiya Departamenti tərəfindən nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilib.
Məlumata əsasən, deportasiya edilənlər arasında Türkiyə, Hindistan, Türkmənistan, Pakistan, Rusiya, Özbəkistan, Vyetnam, Nigeriya, İordaniya, Burundi, Sudan, Çin, Əfqanıstan, Azərbaycan, Misir, Livan, Moldova, Filippin və digər ölkələrin vətəndaşları yer alıb.
Nazirlik qeyd edib ki, bu ilin ilk altı ayı ərzində Gürcüstandan ümumilikdə 2 036 qanunsuz miqrant deportasiya olunub ki, bu da ötən ilin ümumi göstəricisini xeyli üstələyir.
Vurğulanıb ki, iyulun 1-dən "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanuna edilmiş dəyişikliklərin bir hissəsi qüvvəyə minib.
Yeni qaydalar müasir miqrasiya çağırışlarına cavab vermək, miqrasiya proseslərinin daha səmərəli idarə olunmasını və dövlət təhlükəsizliyinin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
Baxış sayı:140
Bu xəbər 02 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















