Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

“Azərbaycan vətəndaşlarının bu əməli ciunayətdir...” Niyə Rusiya ordusuna qoşulmaq olmaz?

“Azərbaycan vətəndaşlarının bu əməli ciunayətdir...” Niyə Rusiya ordusuna qoşulmaq olmaz?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Polad Mehdiyev: “Azərbaycan vətəndaşının başqa dövlətin müharibəsində iştirakı qəbuledilməz prinsip kimi qalmalıdır”

“Azərbaycan vətəndaşlarının Rusiya ordusu tərkibində Ukraynaya qarşı müharibəyə cəlb olunması həm cinayət hüququ, həm də dövlət təhlükəsizliyi və milli maraqlar baxımından olduqca həssasdır. Azərbaycan qanunvericiliyi bu sahədə kifayət qədər aydın mövqe ortaya qoyur”.

Bunu “AzPolitika”ya şərhində hüquqşünas Polad Mehdiyev bildirib. Xatırladaq ki, ictimailəşən məlumatlara görə, xeyli sayda Azərbaycan vətəndaşı müxtəlif vasitələrlə Rusiya ordusu ilə müqavilə bağlayaraq Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb edilib. Bu proses postsovet ölkələrində də davam edir və Qazaxıstan hüquq mühafizə orqanları bu əmələ yol verən 700-dən artıq vətəndaşına cinayət işi açıb.

Polad Mehdiyev qeyd edib ki, Azərbaycan Respublikası vətəndaşı xarici dövlətin silahlı qüvvələrinin tərkibində, xüsusilə də müharibə və silahlı münaqişədə iştirak edərsə, bu hal Azərbaycan Cinayət Məcəlləsi üzrə cinayət məsuliyyəti yaradır. Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsi muzdlu iştirakçılıq məsələsini tənzimləyir və həmin maddəyə əsasən xarici münaqişədə döyüşmək, silahlı birləşmələrə cəlb olunmaq və hərbi əməliyyatlarda birbaşa iştirak etmək cinayət əməli sayılır. O vurğulayıb ki, belə hallarda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

Polad Mehdiyev bildirib ki, əgər şəxs bunu maddi maraq müqabilində, müqavilə və ya vəd edilən imtiyazlar (vətəndaşlıq, maaş, amnistiya və s.) əsasında edibsə, məsuliyyət daha da ağırlaşır. O qeyd edib ki, bu məsələ beynəlxalq hüquqda da aydın çərçivələr daxilində tənzimlənir və Azərbaycan qanunvericiliyinin mövqeyi ümumi beynəlxalq yanaşma ilə uyğundur.

Hüquqşünas deyib ki, birinci əsas sənəd – BMT-nin 1989-cu il “Muzdlu döyüşçülərin cəlb edilməsi, maliyyələşdirilməsi və istifadəsinə qarşı Konvensiyası”dır və bu Konvensiya muzdlu döyüşçülərin istənilən silahlı münaqişədə iştirakını qanunsuz hesab edir. O əlavə edib ki, dövlətlərə belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması öhdəliyi qoyulur və maddi maraq, vətəndaşlıq vədi, maaş və sosial təminat beynəlxalq hüquqda legitim əsas sayılmır.

Polad Mehdiyev həmçinin Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını xatırladaraq bildirib ki, muzdlu döyüşçülər qanuni kombatant statusuna malik deyillər və hərbi əsir kimi müdafiə olunmurlar. O deyib ki, belə şəxslər tutulduqda dövlətlər onları cinayət məsuliyyətinə cəlb edə bilər.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan vətəndaşı başqa dövlətin maraqları naminə, xüsusilə də mübahisəli və işğalçı siyasət aparan müharibədə iştirak etməməlidir. Polad Mehdiyev bildirib ki, bu yalnız hüquqi məsələ deyil, həm də milli mövqe məsələsidir və dövlətin sərt, lakin ədalətli yanaşması həm vətəndaşları qoruyur, həm də Azərbaycanı beynəlxalq hüquq müstəvisində prinsipial mövqedə saxlayır.

O qeyd edib ki, dövlətin yanaşması balanslı olmalıdır: “Bir tərəfdən vətəndaşların xaricdə müharibəyə cəlb olunmasının qarşısı alınmalı, digər tərəfdən isə hər bir fakt fərdi qaydada araşdırılmalıdır. Könüllü qoşulma ilə məcburi cəlbetmə arasında fərq qoyulmalı, lakin Azərbaycan vətəndaşının başqa dövlətin müharibəsində iştirakı qəbuledilməz prinsip kimi qalmalıdır. Bu, həm hüquqi məsuliyyət, həm də milli mövqe məsələsidir”.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri